UNEC-də Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkiləri ilə bağlı qeydiyyatdan keçən tələbələrin nəzərinə!

29 APREL 2024

Cross-Cultural Club (“Beynəlxalq mədəniyyət klubu”) təşkilatına sədr üçün namizədliyi UNEC-də təhsil alan xarici ölkə vətəndaşları irəli sürə bilərlər.

Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə qeydiyyatdan keçən namizədlərin bacarıqlarını qiymətləndirmək məqsədilə 10 may, saat 11-da “Gənc İdarəçilər” müsabiqəsi keçiriləcək.

İmtahan UNEC-in 2 saylı tədris binasının imtahan zalında (otaq 203) təşkil olunacaq.