Təlim UNEC EFTİED Elmi Fəaliyyətin Təşkili Şöbəsi tərəfindən 1 May tarixində, saat 14:00-da, əsas binada yerləşən Karyera Mərkəzində təşkil olunacaq. Təlimdə jurnal redaktorları, redaksiya heyəti və İT mütəxəssislərinin iştirakı vacibdir.
OJS – açıq elm platformasıdır və hazırda dünyada fəaliyyət göstərən elmi jurnalların təxminən 88%-i bu sistem üzərindən idarə olunur. Platforma heç bir ödəniş tələb etmir və UNEC-də yaradılacaq elmi jurnalların bu sistem üzərində qurulması həm texniki təminatın sadəliyini, həm də elmi standartların daha yüksək səviyyədə qorunmasını təmin edəcəkdir.
Əlaqə: EFTİED Elmi fəaliyyətin təşkili şöbəsi, otaq 124, əsas bina, +994124927298