Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası üçün sənəd qəbulu elan edilir.
Bərpa olunmaq üçün ərizələr 5 iyul-5 sentyabr 2024-cü il tarixinədək qəbul edilir.
Tələb olunan sənədlər:
Sənədlər Ümumi şöbəyə (əsas tədris binası, otaq 101) təqdim olunmalıdır.
Elektron formada isə sənədləri [email protected] e-ünvanına göndərmək olar.
Qeyd: Elektron formada rektorun adına yazılan ərizədə müraciət edən şəxsin imzası qeyd olunmalıdır, sonra sənədin PDF-i yüklənməlidir.
Əlaqə: (012) 4925903 (daxili: 1012)
Xatırladaq ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən, xaric olan təhsilalanların bərpası 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.