1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
2. Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
3. Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
4. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
5. Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 5 may 2022-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən aparılacaqdır.
6. Sənədlər elektron formada (pdf) yüklənməlidir.
Ünvan: Bakı şəh., Abbas Səhhət küçəsi 45A, UNEC-in IV korpusu (Bakı Təhsil İdarəsinin yanı), Doktorantura şöbəsi (otaq 104).
Telefon: (012) 440-57-49