UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul başlayıb

07 YANVAR 2022

2021/2022-ci tədris ili üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilər.

Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi – bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Qəbul şərtləri:

– UNEC-in birinci kursunu başa vurmalı;

– Minimum orta bal (ÜÖMG) – 71 bal;

– Rus dilini sərbəst bilməlidir.

Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcıllıqla [email protected] email ünvanına təqdim olunmalıdır:

  1. Akademik transcript
  2. CV (rus və ya azərbaycan dilində)
  3. Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi)

Rusiyada təhsil müddəti – 1 il

Tədris dili – rus dili

Təhsil haqqı – 220 000 rubl

Qeydiyyat haqqı – yoxdur

Son müraciət tarixi: 1 Fevral

Maraqlananlar zoom linki vasitəsilə təşkil olunacaq onlayn görüşdə iştirak edə bilərlər.

Tarix: 2-ci günlər saat 15.00-da, 4-cü günlər saat 11.00-da.