Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu elan edilib.
Proqram çərçivəsində 2017/2018-ci tədris ili üçün bütün təhsil pillələri üzrə (bakalavr, magistratura və doktorantura) mübadiləsi həyata keçiriləcək. UNEC tələbələri proqram çərçivəsində bir və ya iki semestr ərzində Türkiyənin müvafiq universitetlərində təhsil ala bilərlər. Universitetlərdə tədris türk və ingilis dilində aparılır.
Mübadilə ilə bağlı bütün xərclər YÖK təqaüdü hesabına ödəniləcək.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
Proqramda iştirak etmək istəyənlər tələb olunan sənədləri 21 fevral 2017-cı il tarixinədək UNEC-in Beynəlxalq Əlaqələr Departamentinə təqdim etməlidir.
Tələb olunan sənədlər:
Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 2 universiteti qeyd etməlidirlər.
Proqramla bağlı daha ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq əlaqələr departamentindən əldə etmək mümkündür.
Əlaqələndirici şəxs: Pərvin Paşayeva
Əlaqə üçün:
E-mail: [email protected]
Telefon: +994 12 492 60 45
Mevlana mübadilə proqrami çərçivəsində unec-in əməkdaşliq etdiyi universitetlərin siyahisi