UNEC-in Dərbənd filialına sənəd qəbulu başlayır

17 İYUN 2022

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2022/2023-cü tədris ili üçün bakalavr təhsili üzrə Dərbənd filialına abituriyent qəbulu elan edir.

Qəbul «Maliyyə və kredit», «Mühasibat uçotu, təhlil və audit» və «Ümumi iqtisadiyyat» ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə aparılır.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında qəbul edilir.

Xarici ölkələrin vətəndaşları üçün qəbul Riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları Riyaziyyat, Coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə keçirilir.

2022-ci ildə qəbul olunanlar üçün tələb olunan sənədlərin qəbul müddəti

1. Əyani təhsil forması

  • Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, büdcə yerlərinə və müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul – 15 iyun –26 avqust 2022-ci il tarixlərində;
  • Keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul – 15 iyun –20 avqust 2022-ci il tarixlərində;

2. Əyani-qiyabi təhsil

  • Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul – 15 iyun –30 oktyabr 2022-ci il tarixlərində;
  • Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul – 15 iyun –25 oktyabr 2022-ci il tarixlərində;

3. Qiyabi təhsil

  • Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul – 15 iyun –30 oktyabr 2022-ci il tarixlərində;
  • Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul – 15 iyun –25 oktyabr 2022-ci il tarixlərində.

Qiyabi təhsil formasına yalnız ali təhsil bazasında qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün sənədlər aşağıdakı keçiddən daxil olunaraq online təqdim edilir: unec.df@unec.edu.az və ya www.ageu-derbent.ru.

  • Qəbul üçün ərizə;
  • Şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
  • Təhsil haqqında sənədin (attestat və ya diplomun) əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
  • Foto (3×4 ölçüdə, 5 ədəd)
  • Qeydləri rus dilində aparılmış tibbi arayış (Forma 086-U)

Əlaqə telefonları: 0124926795; +994503184032
Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi, ev 10B (auditoriya 101)

WordPress SEO - escort eskisehir - Sağlık Personeli - eskort -
Zero Waste Shop
- betasus giriş