UNEC-in Dissertasiya Şurasının ilk iclası keçiriləcək

23 MAY 2023

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində ED 2.10 Dissertasiya Şurasının ilk iclası keçiriləcək.

İclasın gündəliyinə yeni yaradılmış dissertasiya şurasının fəaliyyətinin təşkili və şuranın portfelində olan müraciətlərə baxılması haqqında cari məsələlər daxil edilib.

İclas 24 may, saat 15.00-da UNEC-in əsas tədris binasının Ağ zalında təşkil olunacaq.