UNEC magistrantlarının və məzunlarının nəzərinə: Paşa Həyat Sığorta vakansiya elan edir

06 YANVAR 2025

Paşa Həyat Sığorta şirkətinin İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsi magistratura pilləsində təhsil alan və ya yeni məzun olanlar üçün tam-ştat, ödənişli “Təcrübəçi” vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:
• İş tələblərinə uyğun gələn CV-lərin axtarılması və seçilməsinə kömək etmək;
• Namizədlərlə müsahibə vaxtlarının təyin edilməsi;
• Müsahibələr üçün materialların hazırlanması və iştirakçılara məlumatın verilməsi;
• Namizəd məlumat bazasının gündəlik olaraq yenilənməsini təmin edilməsi;
• Müsahibə nəticələrinin və geribildirimlərin sənədləşdirilməsi;
• İş yarmarkalarında iştirakda dəstək.

Tələblər:

  • Hər hansı bir sahədə bakalavr dərəcəsi.
  • Dil bacarıqları: Azərbaycan dili: mükəmməl, İngilis dili: orta, Rus dili: orta

Müraciət etmək üçün namizədlər öz CV-ni 15 yanvar tarixinə qədər  subject/mövzu hissəsində: Recruitment Intern UNEC qeyd etməklə, [email protected] mail ünvanına göndərə bilərlər.