UNEC müəllimləri Türkiyənin Hacəttəpə Universitetində mübadilədə iştirak edə bilərlər

06 NOYABR 2017

“Erasmus+” mübadilə proqramı vasitəsilə UNEC müəllimləri 2017/2018-ci akademik tədris ilində Türkiyənin Hacəttəpə Universitetində mübadilədə iştirak edə bilərlər.

Müraciət etmək istəyən şəxslər türk və ya ingilis dillərində CV təqdim etməlidirlər.

Müraciət üçün son tarix: 17 noyabr 2017-ci il.

Əlaqə üçün:
Beynəlxalq əməkdaşlıq departamenti
Telefon: +994 12 492 60 45

Əlaqələndirici şəxs: Pərvin Paşayeva