UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə sənəd verənlərin nəzərinə!

10 SENTYABR 2021

2021/2022-ci tədris ili üzrə UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə abituriyentlərin qeydiyyatı üçün sənəd qəbulu portal.edu.az portalı üzərindən onlayn aparılacaq.

Portal.edu.az-da qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab ediləcək və onun barəsində qəbul əmri verilməyəcək!

 QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Doğum haqqında şəhadətnamənin surəti;
  4. Attestatın surəti;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
  6. Sağlamlıq haqqında tibbi arayışın surəti;
  7. Təhsil haqqında ödəniş qəbzinin surəti (ödənişli əsaslarla qəbul olanlar üçün).

*
Təhsil haqqından azad olunan şəxslərdən tələb olunan sənədlər:

  1. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər: – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88). Arayışlar elektron formatda olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
  2. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları – Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
  3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar – Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin I və ya II dərəcə əlillik haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı. (Forma 88) Arayışlar elektron formatda olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Bu imtiyaz əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.
  4. Şəhid ailəsinin üzvü olan abituriyentlər –
  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Şəhid ailəsinin üzvü olan abituriyentlər təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunurlar.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formatda olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. (Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

5.1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

Xüsusi qeyd: Abituriyentlər kollec tərəfindən müəyyən ediləcək vaxtda müvafiq olaraq sənədlərin əslini, surətini və notarial qaydada təsdiq olunmuş surətini kollecə təqdim etməlidirlər.

Əlaqə nömrəsi: (+99412) 493 17 83

azmik2020@mail.ru

https://www.facebook.com/maliyye.iqtisad.kolleci