Müsabiqənin məqsədi beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat, dünya və regional siyasət sahələri ilə maraqlanan şəxsləri dəstəkləmək və onları istiqamətləndirməkdir.
Müsabiqə seminarlar vasitəsilə aparılacaq. Müsabiqənin gedişatı ərzində keçirilməsi planlaşdırılan seminar və məsləhətləşmələrin təşkili məqsədi ilə müvafiq sahələrdə uzun illər təcrübəsi olan, xüsusi dəvət olunmuş ekspertlər layihəyə cəlb olunacaq.
Müsabiqədə iştirak sizə müasir politologiya və iqtisadiyyatda geniş müzakirə olunan aktual məsələlərin və problemlərin üzə çıxarılmasında yeni təcrübə qazanmaq, analitik materialların hazırlanması və tərtibi sahəsində biliklər əldə etmək imkanı verəcək.
Ən maraqlı məqalələr UNEC Tədqiqat fondunun rəsmi saytında (www.unectf.org) paylaşılacaq. Fond finalist müəlliflərlə əməkdaşlığı davam etdirəcək.
Mükafat fondu 1000 AZN təşkil edir. Qaliblər – 3 ən uğurlu işlərin müəlliflərin hər biri 1000 AZN qazanacaq.
DİQQƏT:
Müsabiqənin qaydalarına əsasən iştirakçılar yalnız Azərbaycan vətəndaşı olmalıdır. Yaş məhdudiyyəti 20 – 35 arası təyin edilib.
Namizədlərə aid tələblər:
1.www.unectf.org/helios saytına daxil olaraq, göstərilən mövzulardan birini və ya ikisini seçərək və 15 iyun 2023-ci il , Bakı vaxtı ilə saat 18:00-a qədər müsabiqə üçün qeydiyyatdan keçərək iştirakınızı təsdiqləmək
2.Müsabiqənin işçi dilləri: Azərbaycan, Rus və yaxud İngilis.
Mövzular
*
Əlaqə: Elçin Sərdarov
E-mail: helios@unectf.org
Tel. (050) 829 55 58