Əvəz Ələkbərov: “Təhsil sahəsində aktiv işlər getməkdədir, bu hamının gözü gabağındadır”- MÜSAHİBƏ

09 MART 2016 | VIEWS:

evez_elekberov_foto2modern.az

“Rəhbərlərin məsuliyyəti artırılmalı, paralel qurumlar ləğv edilməlidir

Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərov Modern az saytına müsahibə verib.

– Bu gün  ölkədə təhsillə bağlı islahatlar aparılır. Təhsil sahəsində çalışan mütəxəssis kimi görülən işlərlə bağlı nə deyə bilərsiniz?  

– Fikirlərimi belə ifadə etmək istərdim. İ.Nyuton deyib: “Elm hüdudsuz okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik”. Təhsil bizim bu günümüz və gələcəyimizdir. Azərbaycanın təhsil sistemində aparılan islahatlar təhsilimizin dünya standartlarına uyğunlaşdırılmasına xidmət edir. Onu qeyd etmək istərdim ki, təhsil islahatlarının nəticələrini real hiss etmək, müşahidə etmək üçün çox uzun müddət lazımdır. Digər tərəfdən isə təhsil sahəsində dəyişikliklərin edilməsi çox ağrılı prosesdir. Nəzərə almaq lazımdır ki, bu prosesdə  illər ərzində formalaşmış yanaşmalar dəyişməlidir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dəyişikliklərin bu iki amili nəzərə alaraq, düzgün balansı qorumaqla qısa müddətdə və daha ağrısız dəyişikliklər əldə etmə istəyini düzgün qiymətləndirirəm. Digər tərəfdən Təhsil Nazirliyinin təhsildə islahatlar niyyəti kosmetik və ya müvəqqəti uğur əldə etmək təəssüratını yaratmır. Bu gün gündəmə gətirilən bir çox məsələlər təhsil siyasətinin fundamental məsələləridir. İstər müəllimlərlə bağlı islahatlar, istər təhsil müəssisələrinin optimallaşdırılması, istər müəssisələr arası rəqabətin yaradılması, istərsə də idarəetmə sahəsində aparılan dəyişikliklər köklü faktorlara əsaslanır. Bu yanaşma da çox düzgündür. Bu gün təhsil islahatlarının aparılmasında  müşahidə edilən xüsusiyyətlərdən biri də təhlilə əsaslanan, planlaşdırılmış və ardıcıl formada, biri digərini tamamlayan tədbirlərin görülməsidir. Hörmətli nazir Mikayıl Cabbarovun rəhbərliyi altında təhsil sahəsində aktiv işlər getməkdədir, bu hamının göz qabağındadır.

– Universitetdə işləriniz necə gedir?

– Dövlət  İqtisad Universitetində işlər normaldır, çoxlu yeniliklər edilir, elektron  idarəetmə sistemi labüddür, çoxsaylı islahatlar həyata keçirilir, tədrisin keyfiyyətinin yüksəldilməsi prosesi baş verir, testlərin bazası yeniləşir, professor – müəllimlər auditoriyaya konspektsiz, kitabsız gedirlər, qabaqcadan mühazirə materiallarının elektron versiyası yüklənir. Kafedra  müdiri hər bir  müəllimin dərsində ən azı semestrdə bir dəfə iştirak etməlidir.

Universitet rektoru hər aygn birinci şənbəsi açıq qapı günü keçirir. Bu gündəlik gedən proseslərə müsbət təsir edir. İşə qəbulda fərqli yanaşma mövcuddur. Xaricdə təhsil almış mütəxəssislərə üstünlük verilir. Xarici  universitetlərlə əməkdaşlıq ön plana çəkilir. Doktorantura təhsil pilləsində bazarın tələbatına cavab verəcək elmi-pedoqoji yeni  ixtisaslar üzrə kadr hazırlanmasına üstünlük verilir. İdarəetmənin səmərəliliyini  artırmaq məqsədilə struktur dəyişilikləri aparılır və məqsəd təhsilin idarə olunmasında  qabaqcıl innovasiyaların  tətbiq olunması, xərclərə qənaət edilməsidir. Universitetin reytinq səviyyəsinin yüksəldilməsi yolunda ardıcıl addımlar atılır.

– Kafedranızda  görülən işlərdə hansı dəyişikliklər etmək istəyirsiniz?

– Mən bilən bizim kafedra Cənubi Qafqazda ən böyük kafedradır. Güclü kadr potensialımız var. Ondan çox  elmlər doktoru, 30-dan çox elmlər namizədi (fəlsəfə doktoru) fəaliyyət göstərir, kafedrada 4 fəxri professor, 78 əməkdaşımız var. İqtisad üzrə fəlsəfə doktoru və elmlər doktoru adı  almaq üçün 38 doktorant var. Problemləri ortaya çıxarıb, ümumi işimizə fayda vermək, koordinasiya, idarəetmə işlərini mükəmməl aparmaq, tədrisin keyfiyyəti ilə bağlı daim işlər görmək, elmi, elmi-tədqiqat işlərini artırmaq, tələbə, müəllimlərlə, doktorantlarla gözəl münasibət qurmaq və universitetin ictimai-siyasi həyatında fəal iştirak etmək mənim üçün vacibdir. Azərbaycanda yeganə olaraq bizim kafedranın xətti ilə ali təhsilin bakalavr pilləsinin 3-cü kurs tələbələri yay istehsalat təcrübəsini xarici ölkələrin banklarında keçiriləcəklər.

Kafedrada vacib problemlər üzrə 6 işçi qrupu yaratmış və onlara rəhbər təyin etmişik və iki dəfə ümumi yığıncaq keçirmişik. Hələlik bunlardan başqa bir neçə praktika və magistr işlərinə rəhbərlik işlərini də öz üzərimə götürmüşəm. Yəqin iqtisad üzrə fəlsəfə doktoru almaq istəyən doktorantlardan bir neçəsinə elmi rəhbərlik edəcəm.Universitetimizin və kafedramızın imicinin yüksəldilməsi yolunda çoxlu işlər görmək fikrindəyəm.Təsərrüfat hesablı elmi-tədqiqat işlərini artırmaq istəyirik. Elmi-praktiki konfranslara və təqdimatlara üstünlük verəcəyik.

Uzun müddət hökumətdə mövqe tutmusunuz. Azərbaycanın 2016-cı il dövlət büdcəsində dəyişikliklər edilib, bununla bağlı nə deyə bilərsiniz?

– Əlbəttə, dövlət büdcəsinə dəyişiklik vacib idi və o edildi. Mənə belə gəlir ki, dünyada neftin bir barelinin qiymətini hesablaşmalarda 25 ABŞ dolları ilə götürmək olduqca az riskli və konservativ yanaşmadır. Mənim təhlilim və yanaşmam deyir ki, bu il orta illik qiymət 40 ABŞ dolları civarında gözlənilir. Yəqin ki, bu ilin may ayında dövlət büdcəsinə yenidən baxılan zaman  bu, nəzərə alınar. Əlbəttə, real sektora əlavə dəstək olduqca gözəldi və əmək haqlarının və sosial xərclərin artması çox normaldır. Amma yenə də icra prosesində bəzi xərclərdə qənaət ediləsi maddələri görünür. Büdcə  xərcləri üzərində böyük nəzarət işi gücləndirilməli, tenderlər daha şəffaf keçirilməli, büdcə təşkilatı rəhbərlərinin məsuliyyəti artırılmalıdır.

Hökümətdə ciddi kadr dəyişikliklərinə ehtiyac varmı? Sizcə nələr etmək lazımdır?

– Əvvəla bu səlahiyyət ancaq dövlət başçısının vəzifə çərçivəsinə aiddir. O, bu işləri özü məsləhət biləndə edir. Amma müəyyən dəyişikliklər daha məqsədəuyğun olardı. Əlbəttə, yeniləşdirmək və xaricdə təhsil almış mütəxəssislərdən istifadəyə üstünlük vermək lazımdır. Yeni kadrlar daha yeni ideyalar verirlər. Bu baxımdan yeni yaranmış iqtisadi  islahatlar üzrə Prezident köməkçisi xidməti irəliyə getmək üçün addımdır. Yəqin ki bu işlərin davamı yenə olacaq, daha da peşəkarlar vacib işlərə cəlb olunacaqlar.

Ölkəmizdə ciddi islahatlar aparılır. Bu barədə nə deyə bilərsiniz? Hansı ideya və məsləhətləriniz var?

– Mən Prezident İlham Əliyevin rəhbərliyi altında aparılın bütün islahatları dəstəkləyirəm, məncə həm də hökümətin məsuliyyəti artmalıdır, islahatlar iqtisadi aktivliyin artmasına, makroiqtisadi sabitliyə, sosial vəziyyətin daha da yaxşılaşmasına, idarəetmənin təkmilləşməsinə, qeyri- neft sektorunun inkişafına gətirib çıxarmalıdır. Təkrar və biri-birinin işini əvəz edən qurumlar ləğv edilməlidir. Dövlət vəsaitlərindən daha da effektli istifadə olunmalıdır. Vergiödəmə mədəniyyətimiz yüksəlməli, pul köçürmələrində nağd ödəmələr  minimuma enməli, “ikili mühasibatlıqlar” ləğv edilməli və Prezidentimizin istədiyi kimi, sözün əsil mənasında rəqabət mühiti hökmranlıq etməli və bunu həm cəmiyyət, həm də  özəl sektorun hər bir iştirakçısı hiss etməlidir.

Namidə BİNGÖL

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro