riyaz_sadet_fotof.-r.e.n., dos. Cəfərova Səadət Arif qızı

16 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1991-ci ildə 22 saylı orta məktəbi bitirmişdir.

1991-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə daxil olub, 1996-cı  ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1996-1998-ci illərdə təhsilini BDU-nin “Riyazi analiz” kafedrasının aspirantura şöbəsinin əyani bölməsində davam etdirmişdir.

2000-ci ildə “Furye-Yakobi sıralarının xətti ortaları ilə yaxınlaşma” mövzu üzrə namizədlik dissertasiyasını müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi  dərəcəsini almışdır.

 

*

2003-cü ildən Azərbaycan  Dövlət  İqtisad Universitetinin  “Riyaziyyat” kafedrasında müəllim, baş müəllim vəzifəsində  calışmışdır.

2013-cü ildən kafedranın dosentidir.

2020-ci ildən “Riyaziyyat və statistika” kafedrasının dosentidir.

10 elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI