cog_fiza_fotof-r.e.n., dos. Novruzova Fizzə Mahmud qızı

26 iyun 1946-cı ildə Azərbaycan Respublikasının Naxçıvan  şəhərində anadan olmuşdur.

1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin  fizika fakultəsini bitirmiş və təyinat üzrə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda  “Fizika” kafedrasında baş laborant vəzifəsində işləmişdir.

1973-1992-ci illərdə Elmi-tədqiqat Fotoelektromika İnstitutunda mühandis kiçik elmi işçi,  baş elmi işçi vəzifəsində işləmişdir.

1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda  aspiranturaya daxil olmuş;
1984-cü ildə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

 

 

*
1993-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosioloji elmi-tədqiqat laboratoriyasında aparıcı elmi  işçi; 2001-ci ildən “İstehsal sistemləri və ətraf mühitin mühafizəsi” (indiki “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı”) kafedrasında baş müəllim;
2003-cü ildən dosent vəzifəsində  işləyir.

04.09.2020-ci il tarixə kimi “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti vəzifəsində çalışmışdır.

84-dən artıq elmi-metodik əsərin  müəllifidir.

IMG_9824