18 sentyabr 1950-ci ildə Ucar rayonunun Quləbənd kəndində
anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.
1981-ci ildən 1990-cı ilə kimi Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində çalışmış və mexanika-riyaziyyat fakultəsində saat hesabı müəllim işləmişdir.
*
1990-cı ildə orada namizədlik disertasiyasını müdafiə etmişdir və fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır.
1990-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində sosioloji tədqiqatlar labaratoriyasında baş elmi işçi vəzifəsində calışmışdır.
1995-ci ildən “İqtisadi kibernetika” və “Ekonometrika” kafedralarında işləyib.
UNEC-in “Statistika və ekonometrika” kafedrasının dosenti olub.
2019-cu il iyunun 3-də vəfat edib.