Bizimlə əlaqə:
Ünvan- 6, Istiqlaliyyat küç., Bakı, AZ1001, Azərbaycan
Tel: +994 12 492 60 45
E-mail- [email protected]
Beynəlxalq əməkdaşlıq departamenti- [email protected]
Veb səhifə- www.unec.edu.az
UNEC-in sosial şəbəkələrdə rəsmi səhifələri:
https://www.facebook.com/iqtisad.university/
https://www.instagram.com/iqtisad_universiteti/
https://twitter.com/uneceduaz?lang=en
*
QS reytinq tərəfindən Şərqi-Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisad yönümlü universitetlər arasında 4-cü sırada
Son üç ildə UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri arasında layiqli yer tutması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, universitet 2016-cı ildə QS İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinqdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti olmaqla 200 universitet arasında qərarlaşıb. UNEC-in reytinqdə yer alması son illərdə universitetin akademik və işəgötürənlərin reputasiyasının yüksəlməsi elmi dərəcəli müəllimlərin sayının artması, universitetin veb resurslarda iştirakının daha da yaxşılaşmasına dəlalət edir.
QS Reytinq Agentliyinin bu günlərdə etdiyi açıqlamaya əsasən 2018-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində UNEC regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötənilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib. Məlumat üçün bildirək ki, bu regionda 2938 ali təhsil müəssisəsi var.
Ötən il Azərbaycan universitetləri arasında 5-ci yerdə qərarlaşan UNEC, 8 indikator üzrə topladığı balları artıraraq, builki nəticələrə görə iki pillə yüksəlib və ən reytinqli 3-cü Azərbaycan universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında birinci yerdə olan UNEC iqtisadyönümlü universitetlər arasında regionun 4-cü ən yaxşı universiteti statusunu bir daha təsdiqləyib.
Əcnəbi tələbələrin UNEC-də naliyyətləri:
Fevralın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 24 illiyi münasibəti ilə “UNEC’s Khojaly outreach” müsabiqəsi keçirilmişdir. Münsiflər heyəti –UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, Qarabağ müharibəsi veteranı Mikayıl Zeynalov, Marketing və kommunikasiya departamentinin rəhbəri Rasim Şərifov, İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlı və Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi reportyor Səriyyə Müslümqızı təqdimatları Xocalı faciəsinə yeni baxış, materialın tarixi faktlarla zənginliyi, keyfiyyəti və təqdimetmə bacarığına görə qiymətləndirmişdir.
I yerə Beynəlxalq İqtisadiyyat Məktəbinin əcnəbi tələbəsi Con Aroqun layiq görülmüşdür.