16 sentyabr 1976-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub.
1982-1993-cü illərdə Ağdaş rayon Ləki qəsəbə 6 saylı orta məktəbdə təhsil alaraq, məktəbi əla qiymətlərlə bitirib.
1994-cü ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasının bakalavriaturasına daxil olmuş, 1998-ci ildə həmin fakültəni Fərqlənmə diplomu ilə bitirib.
1998-cu ildə həmin fakültənin Sosial fəlsəfə ixtisası üzrə magistraturasına daxil olmuş və 2000-ci ildə həmin ixtisası da Fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildə BDU-nun “Fəlsəfə və sosiologiya” kafedrasında baş laborant vəzifəsinə işə götürülüb, magistraturanı bitirdikdən sonra isə həmin kafedrada müəllim kimi fəaliyyətə başlayıb.
2006-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında müəllim işləyir.
2002-2007-ci illərdə 09.00.11. – “Sosial fəlsəfə” ixtisası üzrə BDU-nun “Fəlsəfə” kafedrasının dissertantı olub.
30 noyabr 2012-ciildə “Sosial idrak və sosial fəaliyyət” mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib və Azərbaycan Prezidenti Yanında AAK-nın 23 noyabr 2013-cü il tarixli (protokol № 28-k) qərarı ilə ona fəlsəfə üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilib.
2013-cü ildə İqtisad Universitetinin Maliyyə ixtisasını distant təhsil alaraq bitirmiş və universitetin Dövlət Attestasiya Komissiyasının 39/1 saylı 11 aprel 2013-cü il tarixli qərarı ilə ona Maliyyə ixtisası (diplom YB№ 017320) verilmişdir.