Bakalavr – Azərbaycan Dillər Universiteti. İngilis dili müəllimi (fərqlənmə ilə)
Magistr – Azərbaycan Dillər Universiteti. Dilşünaslıq ixtisası (fərqlənmə ilə)
2007-ci ilə qədər həmin Universitetin kafedrasında laborant və İngilis dilinin Nitq praktikası fənninin tədrisi ilə məşğul olmuşdur.
2007-2008-ci illər ərzində Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda tərcüməçi və daha sonra şöbə müdiri vəzifəsində çalışmışdır.
2010-2017-ci illərdə Hədəf kurslarında ingilis dili müəllimi, 2018-2020-ci illərdə Hədəf STEAM liseyində Xarici Dillər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2022-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər Kafedrasında ingilis dili müəllimi və ixtisas rəhbəri kimi çalışır.
20.10.2023-cü il tarixdən Xarici dillərin tədrisi mərkəzinin 0.5 ştat əvəzçiliklə müəllimi vəzifəsində saxlanılmaqla Xarici dillər departamentinin tədris işləri üzrə direktor müavini – Xarici dillərin tədrisi mərkəzinin müdiri vəzifəsinə təyin edilib.
***