Gənc tədqiqatçı, magistrant və tələbələr arasında elan edilən elmi məqalə müsabiqəsinin qalibləri açıqlanıb

13 NOYABR 2015 | VIEWS:

Noyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm Günləri” başa çatıb.

Universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, “Elm Günləri”nin keçirilməsində məqsəd UNEC-də elmi tədqiqatların stimullaşdırılmasıdır. Rektor bundan sonra da universitetdə elmi tədqiqatlara daha çox yer verilməsinin vacibliyini vurğulayıb. Ə.Muradov gənc tədqiqatçı, magistrant və tələbələr arasında elan edilən elmi məqalə müsabiqəsində fərqlənən gənclərin universitetin elmi tədqiqat işlərinə cəlb ediləcəyini bildirib. Eyni zamanda, müsabiqə qaliblərinin İnkişaf iqtisadiyyatı loboratoriyasının start verdiyi “Azərbaycan neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması” layihəsinə cəlb ediləcəklərini əlavə edib.

UNEC-in gənc tədqiqatçı, magistrant və tələbələri arasında elan edilən elmi məqalə müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, üç gün davam edən “Elm Günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam edib. Universitetin əsas tədris binasında Maliyyə və mühasibat fakültəsinin müdiri professor Sifariz Səbzəliyevin sədrliyi ilə keçirilən dəyirmi masada “Maliyyə-kredit institutlarının fəaliyyətinə yeni nəzarət modeli: dünya təcrübəsi və Azərbaycan reallığı” və “Auditin aparılmasında iqtisadi təhlildən istifadənin rolu” mövzusunda məruzələr dinlənilib. Dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.

II tədris binasında keçirilən dəyirmi masada professor Əli Əlirzayev müasir dövrdə iqtisad elminin əsas inkişaf istiqamətlərindən danışıb. Müzakirə zamanı professorlar uzun müddət apardıqları tədqiqat nəticələrini ümumiləşdirərək, diskussiya xarakterli məsələlərə toxunublar.

III tədris binasında təşkil olunan dəyirmi masada professor Əli Həsənov istehlak mallarının istehsalının artırılması, keyfiyyətinin yüksəlməsi istiqamətində müasir dövrdə qarşıda duran vəzifələrdən, istehlakçıların daim artan tələbinə uyğun olaraq mal çeşidinin yeniləşməsi, keyfiyyətin yüksəldilməsində aparılan elmi araşdırmaların əhəmiyyəti və nəticə etibarı ilə bütün bu göstərilən tədbirlərin iqtisadiyyatın inkişafındakı rolundan danışıb.

Dəyirmi masada 21 tələbə və magistrantların məruzələri dinlənilib, müzakirələr aparılıb.

IV tədris binasında keçirilən dəyirmi masada “Təhsilin keyfiyyətinin yüksəldilməsində innovativ metodlardan istifadə” və  “Korporativ layihələrin idarə edilməsində dövlətin rolu”  mövzusunda məruzələr dinlənilib. Müzakirələr aparılıb.

Qaliblər:

GƏNC TƏDQİQATÇILAR
Qiyasova Zeynəb Həbibağa (I yer) Gənc tədqiqatçı İnnovativ iqtisadi inkişafın formalaşdırılması strategiyası: Neftin ucuzlaşması fonunda ölkəmizdə fiskal siyasətin əsas istiqamətləri
Kərimzadə Mehriban Vaqif  (II yer) Gənc tədqiqatçı Azərbaycanda aqrobiznes sistemi və onun inkişafinin istiqamətləri
Mirzəbəyova Mehriban Saməddin  (III yer) Gənc tədqiqatçı İqtisadiyyatin dövlət tənzimlənməsinin      mahiyyəti və prinsipləri
Quliyev Rövşən Mustafa Gənc tədqiqatçı Qeyri-neft sektorunun inkişafının prioritetliyi
MAGİSTRANTLAR
Abdullayeva Səyyarə Nicat (I yer) Magistr Marketinq strategiyası vasitəsi ilə rəqabət üstünlüklərinin təmin edilməsi yolları.
Колосовская Дина Валентиновна  (II yer) Magistr Перспективы создания промышленных зон и технопарков в Азербайджане
Cəfərli Cəfər Azad (III yer) Magistr Azərbaycanda yetişən yerli şirinləşdiricilər əlavə olun­maqla aşağı kalorili keks texnologiyası və reseptinin iş­lənib hazırlanası.
Ağayeva Səidə Mirkazım Magistr Təsərrüfat əməkdaşları ilə topdansatış bazarının sub­yektləri arasında qarşılıqlı fəaliyyət metodlarının tək­milləşdirilməsi.
Məmmədov Elvin Məhəbbət Magistr Azərbaycan ixracinin diversifikasiyasi istiqamətində iqtisadiyyatin rəqabətliliyinin artirilmasi yollari
  BAKALAVRLAR
Əhmədova Nazəni Nadir  (I yer) Bakalavr Sahibkarlığın inkişafının ÜDM-yə  təsirinin statistik   təhlili.
Ömərova Tuburə Мahir   (II yer) Bakalavr Стабильность уровня качества товаров и услуг.
Heydərli Rabiyət Rövşən (III yer)­ Bakalavr Azərbaycanın sosial – iqtisadi inkişafı: nailiy­yətlər və perspektivlər
Qurbanova Fəridə Asif Bakalavr Ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsində bitki yağlarının istehsalının artırılması yolları

 

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - istanbul escort - deneme bonusu - sahabet - onwin - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - Postegro - grandpashabet - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Blackxbet - Tophillbet - Tipo90 - Routebet