Gəray Musayev: Məqsədimiz ölkəmizdə nümunəvi fakültə modelini yaratmaqdır

25 APREL 2016 | VIEWS:

Geray666Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin yeni seçilən dekanı Gəray Musayevlə müsahibə:

– Gəray müəllimm, 2015-ci ildə UNEC-də Maliyyə və Uçot iqtisad fakültələri ləğv edilərək onların bazasında Maliyyə və mühasibat fakültəsi yaradılıb. Meqa fakültənin yaradılmasını necə qiymətləndirirsiniz?

– Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatı son 10 illik dövr ərzində ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasətin nəticəsində regionun ən böyük iqtisadiyyatı olub və dünya iqtisadiyyatına inteqrasiya edib. Belə ki, bu illər ərzində ölkənin ÜDM-u, Dövlət büdcəsi, əhalinin gəlirləri dəfələrlə artıb, ölkəmiz yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Bilik iqtisadiyyatına söykənən yeni, müasir iqtisadi inkişaf mərhələsi insan kapitalına əsaslanır. Bu isə öz növbəsində yüksək təhsilli peşəkar kadrlara olan tələbatı artırır. Məhz bu çağırışı nəzərə alaraq ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib və müvafiq tədbirlər planının icrasına başlanılıb. Həmin strategiyada 5 istiqamət müəyyənləşdirilib – səriştəyə əsaslanan şəxsiyyət yönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin, eyni zamanda müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması.

Bilirsiniz ki, üç ilə yaxındır ki, Təhsil Nazirliyi tərəfindən ölkənin bütün təhsil sistemini ehtiva edən yuxarıda qeyd olunan istiqamətlər üzrə genişmiqyaslı tədbirlər planı həyata keçirilir.

Ölkə təhsil sistemində həyata keçirilən bu islahatların tərkib hissəsi kimi Azərbaycan Dövlət İqtisad Universitetində də son 2 ildir genişmiqyaslı islahatlar proqramı həyata keçirilir. Belə ki, yeni tədris proqramlarının qəbul edilməsi, fənlər üzrə yeni sillabusların hazırlanması, imtahan test bazasının yenilənməsi, innovativ tədristexnologiyalarının tətbiq olunması, EDUMAN elektron universitet portalının yaradılması, müəllimlər üçün təlimlərin həyata keçirilməsi, diferensial əməkhaqqı sisteminin qurulması, tələbələrin sosial fəaliyyətlərinin dəstəklənməsi və s. tədris prosesinin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Yeni kafedraların, fakültələrin və digər idarəetmə strukturlarının yaradılması və s. islahatlar isə universitetdə inzibati idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilir.

UNEC rektorunun 2015-ci il, oktyabrın 6-da imzaladığı əmri ilə Maliyyə və Uçot iqtisad fakültələri ləğv edilərək, onların bazasında Maliyyə və Mühasibat fakültəsinin yaradılması da bu prosesin tərkib hissəsi kimi qəbul edilir.

– Yeni fakültənin yaradılması UNEC-də təhsilin keyfiyyətinə necə təsir edəcək?

-Onu mütləq qeyd etmək istəyirəm ki, Maliyyə və Mühasibat fakültəsinin yaradılması tədrisin keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi zərurətindən irəli gəlib. Qarşıya qoyulan məqsəd isə çox aydındır: tədrisin keyfiyyətinin müasir dünya təcrübəsi səviyyəsinə yüksəldilməsi, tədris prosesinin təkmilləşdirilməsi, yüksək səviyyədə müəllim-tələbə münasibətlərinin qurulması, ən əsası isə müasir tələblərə, iş dünyasının tələblərinə cavab verən yüksək səviyyədə təhsilə malik kadrların yetişdirilməsidir.

– Qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün isə fakültədə idarəetmə orqanının, xüsusən də fakültə dekanının üzərinə xüsusi vəzifələr düşür.

– Bəli. Bir dekan kimi fəaliyyətimin əsas məqsədi “Dövlət strategiyası”nda müəyyənləşdirilən istiqamətlərdə və “Nümunəvi nizamnamədə” göstərilən qaydada işləriqurmaqdır. Məqsədimiz təhsil sahəsində ölkədə və UNEC-də aparılan islahatlar prosesinin iştirakçısı və öncüsü olan, universitetimizdə, bütövlükdə isə ölkəmizdə nümunəvi fakültə modelini yaratmaqdır.

– Yəqin ki, ölkənin nümunəvi fakültə modelini qurmaq üçün uzunmüddətli bir planınız var. İlkin mərhələdə nələri planlayırsınız? Prioritetlərinizi açıqlayardınız.

– Əlbəttə! 2020-ci ilə qədər qarşımıza qoyduğumuz məqsədlərdən biri beynəlxalq nüfuzlu jurnallarda nəşr olunan elmi tədqiqatların sayı baxımından ölkədə bu sahədə fəaliyyət göstərən fakültələr üzrə birinci fakültə olmaqdır. Eyni zamanda, fakültədə tələbələrin, akademik heyətin və inzibati vəzifələrdə çalışan əməkdaşların yüksək məmnunluq səviyyəsinə nail olmaq da hədəflərimiz sırasındadır. Tədrisin təşkili və keyfiyyətinin artırılması, mübadilə proqramlarında tələbə və müəllimlərin aktiv iştirakına şərait yaratmaq, eyni profildə təhsil xidməti təqdim edən dünya səviyyəsində nüfuza malik fakültələrilə əlaqələr qurmaq, dünya təhsil sisteminə inteqrasiya olunmaq, tədris planlarının yenilənməsi, yeni dərsliklərin yazılması da prioritet məsələlərdəndir.

Elmi fəaliyyətlər də gündəmimizdədir. Belə ki, elmi tədqiqatların aparılması üçün lazımi şəraitin yaradılması, doktorantların elmi faəliyyətlərinə dəstək, aparılan elmi tədqiqatların istehsalatda tətbiqi, tədqiqat mövzularının bu istiqamətdə müəyyənləşdirilməsi, beynəlxalq nüfuza malik elmi jurnallarda məqalələrin nəşr olunması üçün şərait yaratmaq, təqdiqatçı alimlərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik.

– Maliyyə və mühasibat fakültəsində əmək bazarında ən çox tələb olan ixtisaslar üzrə kadr hazırlığı aparıldığını nəzərə alsaq yəqin ki, iş dünyası ilə əlaqələrin qurulması da gündəminizdədir.

– Müasir təhsil sistemində bu qaçılmazdır. Bunları nəzərə alaraq, dövlət və özəl sektor müəssisələri ilə birbaşa əlaqələrin qurulması, onların kadr hazlırlığı istiqamətində tələbatlarını müəyyənləşdirmək, təcrübə mübadiləsi aparmaq bizim üçün ən vacib amillərdən biridir. Özəl sektor üçün yeni layihələrin tərtibedilməsində, eyni zamanda müxtəlif dövlət proqramlarının hazırlanmasında fakültənin professor-müəllim heyətinin iştirakını təmin etmək istəyirik. Eyni zamanda tələbələrin istehsalat təcrübələrinin təkmilləşdirilməsi, prosesdə iş dünyasının birbaşa iştirakını təmin etmək üçün çalışacağıq.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle