2008-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakultəsinə qəbul olmuşdur. 2012-ci ildə Türkiyə Cumhuriyyəti Sakarya Universiteti, İşlətmə Fakultəsinin “Turizmin idarəedilməsi” ixtisasına qəbul olmuşdur. 2013-cü ildə magistr təhsilinə Latviyada davam etmiş, 2014-cü ildə Sakarya Universitetində magistr təhsilini tamamlamışdır. Doktorantura təhsilini Türkiyə Cumhuriyyəti Sakarya Universiteti Turizm Fakultəsi “Turizmin idarəedilməsi” ixtisasında almışdır, 2020-ci ildə doktorantura təhsilini tamamlamışdır.
2013-cü ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində tərcüməçi, 2014-2015-ci illərdə Türkiyənin Sakarya şəhərində marketinq menecer vəzifəsində işləmişdir.
2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və işlətmə” kafedrasının, müəllimidir.
*
4 tədris proqramı, bir kitab bölümü, 12 elmi məqalənin müəllifidir. Web of Science və Scopus bazalarında məqalələri var. 30-dan çox elmi konfrans, simpozium və forumda məruzə etmişdir. Türkiyədə təşkil edilən bir çox konfransın təşkilat komitəsində yer almışdır.
2021-ci ildən Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəridir.
Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzində yaradılmış “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal Klub”nun fəaliyyətinə nəzarət edir.
Bir neçə tədbirdə ekspert olaraq çıxış etmişdir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment proqramı çərçivəsində BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) milli komandası tərəfindən həyata keçirilən layihədə Azərbaycanda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) üzrə təlim iştirakçısı olaraq seçilmişdir.
Türk, ingilis, rus və alman dillərini bilir.