1988-ci il mayın 24-də Bakı şəhərində anadan olub.
1994-2005-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu ,V.Əvəzov adına 300 saylı orta məktəbdə orta təhsil alıb.
1996-2003-cü illərdə Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbinin piano şöbəsini fərqlənmə ilə bitirib.
2005-2009-cu illərdə Azərbaycan Dillər Universitetinin “Roman-German filologiyası” fakultəsinin “İngilis dili və ədəbiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
**
2013-2015-ci illərdə Azərbaycan Dillər Universiteti “Filologiya və Jurnalistika” fakultəsinin “Ədəbiyyatşünaslıq (İngilis ədəbiyyatı)” ixtisası üzrə magistr təhsili alıb.
2019-cu ildə Amerika ədəbiyyatı ixtisası üzrə Azərbaycan Dillər Universitetinə dissertant olaraq qəbul olub.
İngilis dilinin tədrisi metodikası üzrə bir çox sertifikat alıb.
Bir neçə tezis, məqalə müəllifidir.
Ailəlidir, 2 övladı var.