Həftənin məqaləsi: Azərbaycanda təhsilin keyfiyyətinin qiymətləndirilməsi

03 MAY 2016 | VIEWS:

Diskurs.az saytında həftə ərzində ən çox oxunan və müzakirə mövzusu olan məqaləni təqdim edirik. Bu Həftənin məqaləsi UNEC-in İqtisadi  Araşdırmalar İnstitutunda Ekonometrika bölməsinin müdiri, Ekonometrika kafedrasının müəllimi Sərdar Şabanovun “Azərbaycanda təhsilin keyfiyyətinin qiymətləndirilməsi” olub.

Diskurs.az

Sərdar Şabanov. AZƏRBAYCANDA TƏHSİLİN KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Təhsilin keyfiyyəti iki baxımdan araşırılmışdır. Bunlardan biri PİSA – Məktəblilərin beynəlxalq qiymətləndirmə proqramına, digəri isə AR Prezidenti yanında TQDK-nın ali məktəblərə qəbul üzrə materiallarına əsaslanır.

Əvvəla dünyada təhsil və məşğulluq məsələri barədə müəyyən faktları sadalayaq.

  • Dünyada ümumi savadlılıq nəzərəçarpacaq qədər artır. Dünyada cavanlar arasında savadlılıq 89% təşkil edir, halbuki bu göstərici 1990-cı ildə 83% Qadınlar və kişilər arasında savadlığın artım sürəti arasındakı uçurum azalır. Dünyada savadsız əhalinin 60%-i qadınların payına düşür. Burada ən geridə qalmış yer Əfqanıstandır ki, burada da qadınların savadsızlığı 87% təşkil edir.
  • Təhsilin UDM-də payı Lesoto və Kubada 13% təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Nümunə üçün ABŞ-da rəqəm 5,4% təşkil edir.
  • 1990 və 2012-ci illər arasında Afrika Saxarasından aşağıda ibtidai təhsilə cəlb olunanların sayı 52%-dən 78%-ə çatıb. Qeyd edək ki, 2012-ci ildə dünya üzrə orta qiymət 91% idi.
  • Aşağı insan inkişafı indeksinə malik olan ölkələrdə məktəbdə orta oxuma müddəti 4,2 ildir. Yüksək insan inkişafı indeksinə malik ölkələrdə isə bu göstəricinin qiyməti 11,7 il təşkil edir.

Bizim qənaətimizə görə təhsilin kəmiyyət göstəricilərilərini təmin edən məqamlarla yanaşı təhsilin keyfiyyəti məsalələrinə də xüsusi diqqət ayrılmalıdır. Bu mənada təhsilə çəkilən xərclərin hissolunacaq qədər böyük qismi təhsilin bütün səviyyələrində əsas aparıcı qüvvə olan müəllimlərin inkişafına yönəldilməlidir. Keyfiyyətli müəllim kadrlarının hazırlığına xüsusi diqqət verilməlidir. Müəllimlərin peşə hazırlığının artırılması üçün geniş və səmərəli tədbirlər planı hazırlanmalıdır. Belə ki, istənilən fənnin tədrisində birinci dərəcəli məqam güclü məntiqin olmasıdır. Buna görə də düşünürük ki, müəllimlərə məntiqi məsələlərin həlli istiqamətində treninqlər təşkil edilməlidir. Bundan əlavə xarici dil (xüsusilə də ingilis və rus dilləri) üzrə treninqlər təşkil edilməli, tədris və təlimdə müasir üsullar öyrədilməli, kompyuter və multimediavasitələrindən istifadə üçün imkanlar təşkil edilməlidir. Müxtəlif fənnlər üzrə fərqli mövzularda nümunəvi videodərslər AR Təhsil nazirliyinin və AR Prezidenti yanında TQDK-nın saytlarında yerləşdirilməlidir ki, müəllimlər onlardan rahat şəkildə istifadə edə  bilsinlər.

Dünya təcrübəsində qabaqcıl ölkələrin təhsil xərcləri ÜDM-in 7-8 faizini təşkil edir. Belə ki, ABŞ-da bu göstərici 5,4%, Norveçdə təxminən 9%, Finlandiyada 8% təşkil edir. Azərbaycanda bu göstəricin qiyməti 2,5%-dir. Dünya ölkələri ilə müqayisə göstərir ki, Azərbaycan bu göstəricini tədricən artırmalıdır.

Azərbaycanda savadlıq səviyyəsi kifayət qədər yüksəkdir. Qeyd edək ki, savadlılıq dedikdə oxuyub-yazmaq bacarıqları başa düşülür.  Belə ki, statistik məlumatlara əsasən Azərbaycanda savadlılıq səviyyəsi 99.8%-dir. Azərbaycanda savadlıq səviyyəsinin quruluşunda 2014-cü il üçün hər 1000 nəfərə düşən ali savadlıların sayı 126 nəfər, orta ixtisas təhsilli mütəxəssislərin sayı isə 85 nəfər təşkil edir. Bu göstəricilər qabaqcıl dünya ölkələrinin göstəricilərindən təqribən 2 dəfə aşağıdır. Skandinaviya ölkələrində isə ali təhsillilərin sayı çox yüksəkdir, məs., Norveçdə 25 yaşdan yuxarı əhalinin demək olar ki, hamısı ali təhsillidir. Müqayisəli təhlil göstərir ki, Azərbaycanda təhsilin bütün pilləri üzrə kəmiyyət göstəricilərinin artırılması üçün geniş meydan var, lakin bunun həyata keçirilməsi üçün xüsusi proqram işlənib hazırlanmalıdır. Belə ki, dünyada belə bir təcrübə mövcuddur ki, universitetlərdə 2 illik institutlar təşkil olunmaqla tələbə qəbulunu genişləndirmək hesabına potensialları nisbətən aşağı olan abituriyentləri buraya yönəltməklə onlara konkret ixtisaslar öyrədilir. Nəticədə konkret ixtisasa yiyələnmiş, universitetlərdə 2 illik təhsil almış, iqtisadiyyatın müxtəlif sahələrində işləyə bilən və müəyyən mənada ali təhsili olan vətəndaşlarımızın sayını artıra bilərik.

Azərbaycanda orta təhsilin keyfiyyəti məsələlərinə iki baxış bucağından baxılmışdır. Bunlardan biri beynəlxalq yanaşma və ölçmə, digəri isə TQDK-nın nəticələrinə əsaslanır.

  1. Beynəlxalq müqayisə: PİSA2006 və 2009 materialları üzrə

Azərbaycanın 15 yaşlı yeniyetmələri dünya üzrə 65 ölkənin qatıldığı yarışmada beynəlxalq qiymətləndirmə PİSA 2006 və 2009-da [bax http://www.oecd.org/pisa/pisaproducts/39725224.pdf — PİSA 2006 Survey] iştirak etmişlər. Program for İnternational Student Assessment (PİSA) – Məktəblilərin beynəlxalq qiymətləndirmə proqramında Azərbaycan 2 dəfə iştirak etmiş və hər dəfə də bu tədbirə 5000-dən artıq məktəbli qatılmışdır. Qiymətləndirmə 3 istiqamət üzrə aparılmışdır: oxuduğunu anlamaq, riyaziyyat və digər elmlər üzrə. 2006-cı ilin nəticələrinə görə bizim məktəblilər oxuduğunu anlamaq üzrə 600 mümkün baldan 353 bal toplayaraq bu istiqamət üzrə dünyada 54-cü yerə çıxıblar. Riyaziyyat üzrə 476 bal ilə 32-ci yerə, digər elmlər istiqaməti üzrə isə 382 bal ilə 55-ci yerə çıxıblar. Toplam ortalama olaraq isə dünya üzrə 64 ölkə arasında 54-cü yeri tutublar.

PİSA 2009-cu il yarışmasında isə oxuduğunu anlamaqda 362 bal (+9 bal irəliləmə), riyaziyyat üzrə 431 bal (-45 bal geriləmə), digər elmlər istiqaməti üzrə isə 373 bal (-9 bal geriləmə) toplayaraq toplam ortalama 64-cü yeri tutublar. Dünya üzrə qiymətləndirmənin nəticələri onu göstərir ki, 2006-2009-cu illərdə Azərbaycan orta təhsili geriləmişdir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bundan sonra keçirilən PİSA2012 və 2015-ci il qiymətləndirilmələrində Azərbaycan ölkə olaraq iştirak etməyib.

2. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi: TQDK-nın materialları üzrə  2014/2015-ci il üçün

Azərbaycanda orta təhsilin keyfiyyəti məsələlərinə ikinci baxış TQDK-nın yanaşmasına əsaslanır. TQDK-nın məlumatları əsasında 2014/2015 tədris ilində orta məktəbdə buraxılış imtahanlarının və qəbul imtahanlarının araşdırılması nəticəsində müəyyən olunub ki, abituriyentlərin 64,7% qəbul imtahanlarında 200-dən az bal toplamışlar ki, bu da əslində qeyri-məqbul (“2”) deməkdir.

Hesablamışıq ki, normal paylanma qanununa əsasən bu göstəricinin nəzəri qiyməti 6,68% olmalı idi. (Tələbələrimizə tövsiyə edirik ki, bu %-i özləri müstəqil olaraq hesablasınlar).

Real qiymətin 64.7%-in nəzəri qiymətdən 6.68%-dən təxminən 10 dəfə böyük olması Azərbaycanda orta təhsildə anormal vəziyyətin mövcud olduğunu göstərir.

abituriyentlərin ballarının paylanma histoqramlarında  asimmetriya mövcuddur. Bundan başqa ortastatistik abituriyentə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,89%-i 0-100 bal, 20,76%-i 100-200 bal toplamışlar. 200-300 bal arasında abituriyentlərin 13,61%-i, 300-500 arasında 15,73%, 500-700 bal arasında isə abituriyentlərin 6,01%-i nəticə göstərmişlər.  Azərbaycan bölməsindəki abituriyentlərin sayı 84739 nəfər, rus bölməsində isə 7904 nəfər olub. Azərbaycan bölməsi üzrə median 116,92 bal, rus bölməsi üzrə isə 186,43 bal olub.

Öyrənmənin mərhələlərinin Bloom bölgüsünə (bax: Bloom, B.S. (Ed.). Engelhart, M.D., Furst, E.J., Hill, W.H., Krathwohl, D.R. (1956).Taxonomy of Educational Objectives, Handbook I: The Cognitive Domain. New York: David McKay Co Inc.)  əsasən bizim məktəblilərin böyük bir qismi əzbərçilikdən əl çəkə bilmirlər və oxuduqlarını qavramada çətinlik çəkirlər. Buna görə də öyrənmənin 3-cü mərhələsi olan tətbiqdə və daha sonra gələn təhlil mərhələsində acizlik göstərirlər. Bundan sonrakı sintez və qiymətləndirmə mərhələlərinə isə onlardan çoxu heç gedib çata bilmir. Ona görə də məktəbdə öyrənmə yalnız faktları əzbərləməkdən ibarət olmamalıdır. Əzbərçilik əsasında səthi öyrənmədən düşüncə əsasında öyrənməyə keçmək gərəkdir.

Ali təhsilə gələnlərin, demək olar ki, hamısı orta məktəb məzunlarıdır. Ali təhsildə Bolonya prosesinə uyğun qiymətləndirməni nəzərə alsaq, yəni  0-50 bal “F” (qeyri-məqbul) olduğu üçün əslində ideal vəziyyətdə ali məktəbə qəbul balı ümumiyyətlə, 351 baldan aşağı olmamalıdır (700/2+1). Xüsusi istedad tələb edən ixtisasları (ifaçılıq, rəssamlıq, idman növləri və s.) nəzərə almasaq 351 bal qəbulun aşağı həddi kimi təsbit edilməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 39 universitetdən yalnız 15-nin orta balı 351-dən böyükdür (bax 2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının elmi-statistik təhlili. Abituriyent jurnalı, № 12, Bakı, 2014).

Azərbaycan gəncləri yaxşı şəraitə malik olan məktəblərdə oxuyurlar, yəni təhsilin maddi-texniki bazası sahəsində xeyli işlər görülüb. Biz bu qənaətdəyik ki, məktəblərdə müəllimlərin real əmək haqqı (170-190 Azn) xeyli artırılmalıdır və bu zaman nəzərə almaq lazımdır ki,  Azərbaycan üzrə orta əmək haqqı 455 AzN təşkil edir.

Ali məktəbə qəbul olan tələbə orta məktəbin yetirməsi olduğu üçün onların nisbətən zəif hazırlıqlı qismi burada olan çatışmazlıqları ətalət üzrə müəyyən mənada ali məktəbə daşıyır. Lakin ali məktəb məzunlarının keyfiyyəti ilk növbədə əmək bazarında onlara olan tələblə ölçülür ki, bu sahədə müəyyən fikir yürütmək üçün düşünürük ki, ciddi tədqiqata ehtiyac var.

Bizim fikrimizcə iqtisadiyyatın hansı sahələrinin prioritet olacağından asılı olmayaraq Azərbaycanda orta təhsildəki geriliyi aradan qaldırmaq üçün düşünülmüş, sistemli və davamlı iş aparılmalıdır. Peşə, texniki-peşə və orta ixtisas təhsili isə bazarın bugünkü və perspüktiv tələbləri baxımından tənzimlənməlidir.

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink