1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili alıb, 2002-2004-cü illərdə magistartura proqramı üzrə təhsil alıb. 7 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1988-1998-ci illərdə Garadağ rayonu 106 saylı orta məktəbdə təhsil alıb.
2004-cü ildən İqtisad Universitetinin “Menecment” kafedrasında baş laborant, müəllim vəzifələrində çalışıb.
UNEC-də “Startap Günü” – “Azərbaycanda blokçeyn texnologiyalı startapların yaradılması perespektivləri” (06.11.2017)
UNEC Academic Thinking: “Human development” (23.11.2016)
2007-2011-ci illərdə “Pyramid Group” MMC-nin direktoru vəzifəsində çalışıb. 2011-2013-cü illərdə “Siren Trading” MMC şirkətində əvvəlcə “Təlim departamentinin” direktoru, sonradan Regional ticarət direktoru vəzifəsində çalışıb.
20 may 2014-cü ildən 2019-cu ilə kimi UNEC-in təsisçiliyi ilə yaradılmış İnnovativ Biznes-İnkubatorun direktoru vəzifəsində çalışıb.
Hazırda UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimidir (0,5).
Ailəlidir, iki övladı var.