Heydər Əliyev və iqtisadi təhsilin modernləşməsi

08 MAY 2021 | VIEWS:
572

“Xalq qəzeti”

Azərbaycan xalqının ümummilli lideri, dahi və unudulmaz şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının həyatında müstəsna rol oynamış böyük dövlət xadimi olmaqla yanaşı, eyni zamanda göstərdiyi əvəzsiz xidmətləri ilə xalqın qəlbində əbədi yer tutmuş rəhbərdir.

Onun iqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadrların hazırlanması istiqamətində hələ sovet dönəmindən başlayaraq atdığı misilsiz addımlar ölkənin inkişafına xidmət edəcək güclü milli kadr potensialını for­malaşdırmışdır. Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər arasında ölkədə iqtisad elmi və təhsilinin inkişafı və milli iqtisadiyyatın müasir iqtisadçı kadrlarla təminatı hər zaman prioritetliyilə seçilmişdir.

Təsadüfi deyil ki, ümummilli lider 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə geniş məzmunlu çıxış etmiş, həmin çıxışında cəmiyyətin bünövrəsində iqtisadiyyatın dayandığını və buna görə də ən hörmətli ixtisasın iqtisadçı ixtisası olduğunu qeyd etmişdir. Bu çıxış müasir Azərbaycanda iqtisad elmi və təhsilinin inkişafı, milli iqtisadçı kadrların formalaşdırılması prosesinin başlıca vəzifələrini özündə ehtiva edən proqram xarakterli tarixi sənəddir. Ümummilli lider çıxışında bu məqamı xüsusi vurğulamışdır: “Mən bu gün sizin qarşınızda Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyəti … haqqında söhbət açmaq fikrində deyiləm. Sadəcə bu mövzulara toxunuram və bununla bağlı iqtisadçının vəzifəsi, iqtisad elminin vəzifəsi və İqtisad Universitetinin vəzifələri haqqında danışıram.” Dahi rəhbərin UNEC qarşısında qoyduğu vəzifələr universitetimizin yüz illik yubileyinə (2030-cu ilə) hədəflənmiş “UNEC-100” İnkişaf Strategiyasının da əsasını təşkil etməklə, bu gün UNEC-in fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

Şübhəsiz ki, müstəqillik illərində UNEC-in inkişafı yolunda bir çox addımlar atılmış və tədbirlər görülmüşdür. Ancaq 24 oktyabr 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi və bu çərçivədə ali təhsil sektorunda yeni məzmunlu və kompleks islahatlara start verilməsi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) inkişafında da dönüş nöqtəsi olmuşdur. Bu dövrdə universitetdə, ali təhsil sektorunda baş verən qlobal tendensiyalara, eləcə də ölkə iqtisadiyyatının yeni inkişaf tələblərinə uyğun olaraq, “Universtitet 3.0” konsepsiyasını reallaşdırma və ya elm-təhsil-innovasiya üçbucağını formalaşdırma, bir sözlə, üçüncü nəsil universitetə çevrilmə yolunda kifayət qədər uğurlu sayıla biləcək islahatlar həyata keçirilmişdir.

Aydındır ki, bazar iqtisadiyyatına keçid digər ictimai elmlərdə olduğu kimi, iqtisad elmində də köklü dəyişiklikləri tələb edir və bu dəyişiklər həm aparılan tədqiqatlara, həm də iqtisadçı kadr hazırlığı prosesinə yanaşmada özünü göstərir. Ulu öndər bu barədə qeyd edir: “…İctimai elmlər çox dəyişir… Elmdə, təhsildə, kadrların hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin. O cümlədən də iqtisad elmi.” Bu baxımdan UNEC-də dünyanın yüksək reytinqli universitetlərinin təcrübəsi və ölkə iqtisadiyyatının tələbləri əsasında tədris plan və proqramlarının təkmilləşdirilməsi, kadr hazırlığı üzrə yeni ixtisasların formalaşdırılması, təhsilverənlərin peşə bacarıqlarının artırılması, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi və ən əsası elmi-tədqiqatların keyfiyyət parametrlərinin yüksəldilməsi istiqamətlərində əhəmiyyətli sayıla biləcək işlər görülür.

Heç kimə sirr deyil ki, istənilən universitetdə yüksək səviyyəli tədrisin və biznes dünyası ilə səmərəli əlaqələrin qurulması üçün ilk növbədə yüksək elmi-tədqiqat potensialı tələb olunur. Bu baxımdan UNEC elmi-tədqiqat potensialını artırmaq və yaxın gələcəkdə tədqiqat universitetinə çevrilmək yolunda son illər bir sıra müsbət nəticələr əldə etmişdir. Belə ki, UNEC-də artıq dördüncü tədris ilidir ki, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın 2.3.1 və 5.10-cu bəndlərinə uyğun olaraq Differensial Əmək Haqqı Sistemi tətbiq edilir. Professor-müəllim heyətinin elmi fəaliyyətlərinə 70 faiz payın ayrıldığı bu sistemin tətbiqi nəticəsində UNEC-in elmi-pedaqoji göstəriciləri əvvəlki illərlə müqayisədə ciddi şəkildə yaxşılaşmış və bu yaxşılaşma müvafiq beynəlxalq təşkilatların hesabatlarında və reytinq siyahılarında da öz əksini tapmışdır.

Differensial Əmək Haqqı Siste­minin tətbiqi ilə yanaşı, UNEC-də nüfuzlu beynəlxalq elmi nəşrlərdə əsərləri çap edilən əməkdaşlar üçün mükafatlandırma sistemi də fəaliyyət göstərir. Bu müka­fatlandırma sisteminə əsasən hazırda nüfuzlu “Web of Scien­ce” və “Scopus” elmi bazalarına daxil olan elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşları və təhsilalanlar nəşrin təsir dərəcəsindən (impact factor) asılı olaraq 4000 manat məbləğinə qədər mükafat almaq imkanına malikdirlər.

2019-2020-ci tədris ilindən tətbiq edilən “tədqiqatçı statusu” mexanizmi isə professor-müəllim heyətinin elmi əsərlərinə verilən istinadlara əsaslanır. Elmi Şura tərəfindən qəbul edilmiş müvafiq qaydalara görə bu status “Google Scholar” platformasında son 5 il üçün ümumi istinadlarının sayı ən azı 100, Hirş indeksi ən azı 8 və hər bir əsərinə verilən özünüisti­nadların sayı ən çox 2 olan UNEC alimlərinə verilir və bu statusu alan alimlərin aylıq baza əmək haqqı 50 faiz artırılır.

Heç də təsadüfi deyil ki, atılan bu kimi addımların nəticəsində UNEC əməkdaşlarının müstəqillik illərində “Web of Science” ba­zasına daxil olan elmi nəşrlərdə çap etdirdikləri elmi əsərlərin 90 faizə qədəri məhz son altı ilin payına düşür. Nüfuzlu “Clariva­te Analytics” şirkətinin UNEC-i “Outstanding Higher Education Organization”, “Web of Science Awards-2018” və “Most Progressi­ve Universities in Web of Science for the Last 3 Years” mükafatlarına layiq görməsi də bunu bir daha sübut edir.

Universitetimiz qarşıdakı illərdə tədqiqat universiteti statusunu əldə etməyi özünün başlıca strateji məqsədlərindən biri kimi müəyyən etmişdir. UNEC bu məqsədə nail olmaq üçün qarşıdakı illərdə magistratura və doktorantura təhsilini tamamilə mütərəqqi dün­ya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış ən azı bir “beyin mərkəzi” formalaş­dırmağı, sifarişlər və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını davamlı artır­mağı, “Web of Science” və “Sco­pus” bazalarındakı məqalələrinin sayını hər il artıraraq ölkədə lider universitetlər səviyyəsinə yüksəlməyi, bu bazalara daxil olan ən azı 2 nüfuzlu konfransa və ən azı 3 elmi jurnala sahib olma­ğı və hər il iqtisadçı tələbələrin nüfuzlu beynəlxalq tələbə konf­ransını təşkil etməyi özünün əsas hədəfləri kimi seçmişdir.

Ümummilli lider universitet kol­lektivi qarşısındakı tarixi çıxışında bir neçə dəfə bazar iqtisadiyyatı­nın önəmi və əsas xüsusiyyətləri üzərində dayanmaqla, biz iqtisad­çılara elm və tədris fəaliyyətlərində yol göstərmişdir. O, yeni iqtisadi sistemin təməlində bazarın dayan­dığını, bazarın özünütənzimləmə mexanizmi olduğunu və bütün iqtisadi fəaliyyətlərin də məhz bazarın tələblərinə uyğun həyata keçirilməsinin zəruriliyini vur­ğulamışdır:“… Bazar iqtisadiy­yatı özü-özünü tənzimləyən bir iqtisadiyyatdır. Bunun da kökü bazardır. Bazar varsa, iqtisadiyyat var. İqtisadiyyat bazar üçündür.” Bu gün UNEC-də həyata keçirilən elmi tədqiqatlarda və tədris edilən fənnlərdə də məhz bu prinsip əsas götürülür. İstifadə edilən dərslik və dərs vəsaitlərinin əksəriyyəti inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrin universitetlərində tədris edilən vəsaitlərdir. Bu istiqamətdə son illər atılan ad­dımlar arasında UNEC-də tədris olunan fənnlərin sillabuslarının tamamilə yenilənməsini, kitab­xana fondunun müasir dərslik və dərs vəsaitləri hesabına zənginləşdirilməsini və dünya universitetlərində tədris edilən fun­damental dərsliklərin Azərbaycan dilinə tərcümə edilməsini xüsusi vurğulamaq mümkündür. Bu baxımdan son dövrlər UNEC-də başlıca fənnlər olan “İqtisada giriş”, “Mikroiqtisadiyyat” və “Makroiqtisadiyyat”ın, Harvard Universitetinin professoru Qreqori Mənkyu tərəfindən yazılmış mü­vafiq dərsliklər əsas götürülərək tədrisinə başlanması və Nobel Mükafatı Laureatı Paul Kruq­manın “Beynəlxalq iqtisadiyyat: nəzəriyyə və siyasət” adlı məşhur dərsliyinin BP-nin maliyyə dəstəyi ilə UNEC əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli tədqiqatların və tədris prosesi­nin təşkilində son illər dünyanın inkişaf etmiş universitetlərindən məzun olan 400-dən çox gəncin müəllim və ya tədqiqatçı kimi UNEC-də işə cəlb edilməsinin də böyük rolu olduğu qeyd edilməlidir. Bu gənclərin əksəriyyəti “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrin nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə doktoru dərəcəsi almışdır. “Gənc müəllim-1” və “Gənc müəllim-2” layihələri çərçivəsində müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə başlayan bu gənclər, təhsil aldıqları universitetlərlə UNEC arasında səmərəli əməkdaşlıq əlaqələrinin, o cümlədən də təcrübə mübadiləsinin qurulmasın­da əhəmiyyətli rol oynayırlar.

UNEC kadr hazırlığında bazarın tələblərini daha dolğun şəkildə öyrənmək və onlara uyğunlaşmaq məqsədilə 2017-ci ildə ölkədə ilk dəfə olaraq dövlət, özəl, “üçüncü” və “dördüncü” sektorların, eləcə də universitetlərin nüfuzlu təmsilçilərinin iştirakı ilə “Tələb işəgötürənlərdən – təklif UNEC-dən” mövzusunda konfrans keçirmiş və həmin konfransda “UNEC – iş dünyası strateji əməkdaşlıq platforması: UNEC2B” təqdim edilmişdir. “UNEC2B” platforması, tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini nəzərdə tutur. Platformaya əsasən UNEC, məzunlarını işə qəbul edən işəgötürənlərin sifarişi əsasında 3 il ərzində “servis xidməti”, yəni məzunlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil etməyi öz üzərinə götürmüşdür.

Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi və modernləşdirilməsi prosesinin mütərəqqi dünya təcrübəsi və müasir iqtisadi nəzəriyyələr əsasında həyata keçirilməli olduğunu düşünür və bu təcrübə və nəzəriyyələrin ölkə reallıqlarına uyğunlaşdırılmasını iqtisadçı alimlərin başlıca vəzifəsi kimi görürdü: “Dünya təcrübəsini siz… toplamalısınız. Nəzəriyyəni – yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur – ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir.” Son illər UNEC-də qeyd edilən vəzifədən irəli gələrək UNEC Tədqiqat Fondu, çoxlu sayda tədqiqat mərkəzləri yaradılmış, elmi tədqiqatların milli iqtisadiyyatın problemləri ilə əlaqələndirilməsi istiqamətində əməli işlər görülmüşdür. Hazırda UNEC-də Azərbaycan iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi ilə məşğul olan “Avropa iqtisadiyyatı tədqiqat mərkəzi”, “Empirik tədqiqatlar mərkəzi”, “Xarici ticarətə dəstək mərkəzi”, “Digital marketinq mərkəzi”, “Ermənistan iqtisadiyyatını araşdırma mərkəzi”, “İnkişaf iqtisadiyyatı laboratoriyası”, “Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzi”, “İslam iqtisadiyyatı mərkəzi”, “Elektron pul araşdırma mərkəzi”, “Koqnitiv iqtisadiyyat tədqiqat mərkəzi”, “Bilik iqtisadiyyatı tədqiqat mərkəzi” kimi mərkəzlər fəaliyyət göstərir. Yeni yaradılmış bütün bu strukturlarda UNEC-in professor-müəllim heyəti ilə birgə tələbə, magistr və doktorantlar da tədqiqat aparmaq imkanı əldə etmişdir. Nümunə üçün qeyd edə bilərik ki, “Empirik tədqiqatlar mərkəzi”ndə tələbələrimizin müəllimləri ilə birgə hazırladığı “Bakıda mənzil qiymətlərinin determinantları: empirik təhlil” adlı məqalə nüfuzlu “Scopus” bazasında yerləşən “International Journal of Housing Markets and Analysis” jurnalında nəşr edilmişdir. Yeni yaradılmış “İnkişaf iqtisadiyyatı laboratoriyası”nda isə SOCAR-ın sifarişi əsasında dünyada ilk dəfə olaraq “Azərbaycan neftinin (Azerilight) dünya bazar qiymətinin proqnozlaşdırılması” mövzusunda geniş tədqiqat layihəsi həyata keçirilmiş, müvafiq model qurulmuş və tədqiqat nəticələri “Springer” kimi nüfuzlu beynəlxalq elmi nəşriyyat tərəfindən dərc edilmişdir.

UNEC-in bu sahədə atdığı uğurlu addımlardan biri də milli iqtisadiyyatın və qlobal iqtisadi proseslərin müxtəlif aspektləri ilə bağlı müzakirələrin aparıldı­ğı nüfuzlu elmi tədbirlərin təşkil edilməsidir. Bu baxımdan son illər UNEC-də Nobel mükafatı laure­atı Aziz Sancarın da iştirakı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”, materi­alları “Web of Science” bazasında indeksləşən “Davamlı inkişa­fın sosial-iqtisadi problemləri”, “Elektron pullar: mövcud vəziyyət və perspektivlər”, universitet və biznes nümayəndələrinin iştirakı ilə “Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar”, Dünya Bankı ekspertinin iştirakı ilə “İqtisadiyya­tın şaxələndirilməsi: özəl sektorun rolu”, “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkan­lar” mövzusunda beynəlxalq elmi konfrans, “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC beynəlxalq forumu və digər müxtəlif mövzuları əhatə edən nüfuzlu elmi tədbirlər keçirilmiş, yerli və beynəlxalq ekspertlərlə birlikdə ölkə iqti­sadiyyatının gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

UNEC son illər dünya elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcüməsi sahəsində də yaxşı təcrübə əldə etmiş və bu istiqamətdə ölkə elminə töhfələr verməyə başlamışdır. Belə ki, son dövrlər “Aziz Sancarın Nobel bioqrafiyası”, “Thomson Reuters”in “Elmmetriya üzrə vəsait: elm və texnologiyaların inkişaf indiqatorları”, Dünya İqtisadi Forumunun icraçı rəhbəri Klaus Şvabın “Dördüncü sənaye inqilabı” kimi əhəmiyyətli əsərlər UNEC alimləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək oxucuların istifadəsinə verilmişdir.

UNEC-də hər il keçirilən “Elm aylığı” da xüsusi vurğulanmalıdır. Belə ki, geniş tədbirlər planı əsasında reallaşdırılan “Elm aylığı”nda iqtisad elminin müasir problemlərinə, milli iqtisadiyyatın aktual məsələlərinə həsr edilmiş müxtəlif formatlı elmi müzakirələr təşkil edilir. Son illər təşkil edilən bu müzakirələr arasında “Yeni elm sahələri-ekonofizika”, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları”, “Elmi fəaliyyətin institutsional sistemi”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri”, “İslam maliyyəsi”, “Ha-Joon Changın iqtisadiyyat kitabı” və digər maraqlı mövzuları qeyd etmək olar.

Ölkədə həyata keçirilən iqtisadi islahatların, onların nəticələrinin dərin elmi təhlillərinin aparılması heç şübhəsiz ki, ilk növbədə iqtisadçıların işidir. Bu baxımdan, UNEC böyük potensiala malikdir. Ümummilli lider bu barədə bir növ biz iqtisadçılara yol göstərir: “…İqtisadçılar gərək apardığımız islahatların hər birinin həm həyata keçirilmə prosesini, həm də nəticələrini təhlil etsinlər. Ola bilər, bundan yaxşı əsərlər də yaza bilərsiniz.” Son illər UNEC əməkdaşları tərəfindən ölkədə aparılan iqtisadi islahatların və onların əldə olunan uğurlu nəticələrinin təhlilinə həsr edilmiş çoxlu sayda elmi və analitik məqalələr ayrı-ayrı qəzet və jurnallarda, o cümlədən də UNEC-in nəşr etdiyi “Economic sciences: Theory and Practice”, “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” və “UNEC Ekspert Jurnalı”nda çap edilmişdir. Xüsusilə də UNEC ekspertlərinin analitik məqalələrinin nəşr olunduğu və 2016-cı ildən fəaliyyət göstərən “UNEC Ekspert” jurnalında qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi və digər istiqamətlər üzrə Azərbaycanda həyata keçirilən islahatların təhlilinə və strateji yol xəritələrinə həsr edilmiş çoxlu sayda analitik məqalələr nəşr edilmişdir.

Son illər UNEC əməkdaşlarının Azərbaycanda aparılan iqtisadi islahatlar və ölkə iqtisadiyyatının ayrı-ayrı məsələlərinə həsr edilmiş elmi əsərləri nüfuzlu beynəlxalq nəşrlərdə də çap edilmişdir. Bu əsərlərə “Web of Science” bazası­nın müvafiq indekslərinə daxil olan nüfuzlu nəşrlərdə son illər dərc edilən “Təhsilin keyfiyyətinin statis­tik qiymətləndirməsinə ekspert ya­naşması: Azərbaycan nümunəsi” (2016), “Türkdilli respublikalarının Trans-Xəzər enerji əməkdaşlığının əhəmiyyəti” (2017), “Azərbaycanda elektrik enerjisinə tələbin modelləşdirilməsi” (2017), “Dünya bazarında xam neftin qiymətinin proqnozlaşdırılması metodları” (2018), “Makroiqtisadi stabilliyin fuzzy təhlili” (2018), “Azərbaycanda beynəlxalq miqrasiyanın ölçülməsi” (2018), “Azərbaycanda iqtisadi artımın CO2 emissiyasına təsiri”(2018), “İnsan kapitalının inkişafı, iqti­sadi göstəricilər və ətraf mühitin keyfiyyətinin tədqiqi” (2019), “Sugeno-tipli fuzzy nəticəçıxarma metodu ilə dövlətin administrativ səylərinin vergi potensialına təsirinin qiymətləndirilməsi” (2019) və digər əsərləri göstərmək mümkündür.

UNEC-in bu istiqamətdə əldə etdiyi uğurlardan biri də Azərbaycan Resublikasının Təhsil Nazirliyi və “Baku Ekspo 2025” Əməliyyat Katibliyinin “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda birgə təşkil etdiyi məqalə müsabiqəsində UNEC-in gənc müəlliminin qalib olma­sıdır. Təşkilatçılar tərəfindən müsabiqənin qalibi kimi UNEC-in gənc müəlliminin Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Sərgilər Bürosunun qərargahına səfəri də təşkil edilmişdir. UNEC müəlliminin qalib olan “Azərbaycanda multikultural dəyərlərin inkişafında təhsil və elmin rolu” adlı elmi məqaləsində həm təsviri, həm də empirik me­todlardan istifadə edilərək ölkədə təhsil və elmin multukultural dəyərlərin inkiafındakı rolu ortaya qoyulmuşdur.

Həqiqətən də bazar iqtisadiy­yatı şəraitində iqtisadi subyektlərin gözləntiləri və davranışı iqtisadi siyasətin, iqtisadi islahatların uğu­runu şərtləndirən əsas amillərdən biridir. İqtisadi subyektlərin gözləntilərinin və davranışlarının düzgün istiqamətdə formalaşması isə heç şübhəsiz ki, ilk növbədə iqtisadi maarifləndirmə tələb edir. Heydər Əliyev bu istiqaməti də iqtisadçıların qarşısında bir hədəf kimi qoyurdu: “… Mənim üçün daha çox maraqlıdır ki, iqtisadi siyasətimizi, islahatlarımızı geniş kütləyə izah etməkdə fəal yardım­çımız olasınız.” Son illər UNEC çoxlu sayda iqtisadi ekspertləri ilə televiziyalar, radiolar, qəzetlər, jurnallar, sosial şəbəkələr, ic­timai mühazirələr və digər vasitələrlə iqtisadi subyektlərin maarifləndirilməsi işinə öz töhvəsini verməyə çalışır. Hər il UNEC ekspertlərinin mediada yüzlərlə çıxışı olur, UNEC-in rəsmi sosial şəbəkə hesabları vasitəsilə mindən çox maarifləndirici məlumatlar yayılır, UNEC Radioda isə maarifləndirici xarakterli proq­ramlar hazırlanır.

2017-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Pre­zidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassa­ları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” mövzusunda birgə təşkil etdikləri elmi məqalə müsabiqəsində də UNEC-in dörd gənc alimi qalib olmuşlar. On­ların yazdığı məqalələr əhalinin maliyyə savadlılığının artırılma­sının müxtəlif nəzəri-metodiki aspektlərinə həsr edilmişdir.

UNEC-in bu istiqamətdə gördüyü işlər arasında ölkədə ilk dəfə olaraq, TED təşkilatının rəsmi lisenziyası əsasında beynəlxalq statuslu “TEDxUNEC” ictimai mühazirələrinə başla­masını da qeyd etmək lazımdır. Belə ki, hər il keçirilən “TEDxU­NEC” mühazirələrində ölkənin görkəmli alimləri, ictimai xadimləri geniş ictimaiyyət üçün müxtəlif mövzularda çıxışlar edir və bu maarifləndirmə işinə öz töhfələrini verirlər.

UNEC, yeni yaratdığı “Eks­tern mərkəzi” vasitəsilə ya­xın gələcəkdə ölkədə iqtisadi maarifləndirmə işinə daha böyük töhfələr verməyə iddialıdır. Bu mərkəzdə həyata keçiriləcək təlimlər və təhsil proqramları vasitəsilə əhalinin daha geniş təbəqələrinin ayrı-ayrı iqtisadi mövzularda maarifləndirilməsi mümkün olacaqdır. Artıq bu istiqamətdə ilk təşəbbüs də reallaşmışdır. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “UNEC Ekstern Mərkəzi”ndə sahibkarlar üçün onlayn təlimlər təşkil edil­mişdir. Bu təlimlər vasitəsilə Bakı və regionlarda fəaliyyət göstərən təxminən 300 sahibkara “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda onlayn təlimlər verilmiş və onları maraq­landıran suallar cavablandırılmış­dır.

Bu gün UNEC qlobal təhsil və tədqiqat bazarına inteqrasiya etmək, yüksək keyfiyyətli tədris və tədqiqatların həyata keçirildiyi universitetə çevrilmək məqsədilə dünyanın müxtəlif ölkələrinin nü­fuzlu universitetləri və beynəlxalq elm, təhsil və mədəniyyət təşkilatları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi həyata keçirir və birgə proqramlar reallaşdırır. Heydər Əliyev universitetimizin kollektivi qarşısındakı çıxışında dünya iqtisadiyyatına inteqrasi­yanın əhəmiyyətini vurğulayaraq qeyd edirdi: “… Dünya iqtisadiyya­tına inteqrasiya olunaraq iqtisadiy­yatımızı çox sürətlə inkişaf etdirə bilərik. Belə imkanlar mövcuddur və bizim böyük perspektivlərimiz var.” 2016-cı ildə UNEC “Kəmər və Yol Universitetləri Alyansı”na və “Mərkəzi Asiya Universitetləri Birliyi”nə, 2017-ci ildə isə “İslam Dünyası Universitetləri Federasi­yası” İdarə Heyətinə üzv seçilmiş­dir.

UNEC-in beynəlxalq əməkdaşlığında beynəlxalq mübadilə və tədqiqat proqram­larına qoşulma xüsusi yer tutur. Hazırda UNEC beynəlxalq tələbə və müəllim mobilliyini artırmaq məqsədilə, “DAAD”, “Mevlana”, “TEMPUS”, “Erasmus+” kimi beynəlxalq proqramlardan və ikili razılaşmalardan geniş istifadə edir. “Mevlana” mübadilə proqra­mı çərçivəsində UNEC hazırda Türkiyənin 51 universiteti ilə aktiv əməkdaşlıq edir. Bu günə qədər sözügedən proqram çərçivəsində hər iki ölkənin 200-dən çox müəllim və tələbəsinin qarşılıqlı mübadiləsi həyata keçirilmişdir. “Erasmus+” mübadilə proqramı üzrə isə 40-dan çox universitet ilə qurulan əməkdaşlıq əlaqələri çərçivəsində son illər UNEC-in 130-dan çox müəllim və inzibati heyəti Avro­panın müxtəlif universitetlərində təcrübə mübadiləsi prosesinə qoşulmuşdur.

DAAD tərəfindən maliyyəşdirilən “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluq” layihəsi çərçivəsində dörd il ərzində təhsilalanlar üçün sahibkarlıq sahəsində Almani­yanın Siegen Universitetində və UNEC-də yay və qış məktəbləri təşkil edilmiş, iki universitet arasında çoxlu sayda alimlərin və inzibati işçilərin qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilmişdir.

Son illər UNEC beynəlxalq qrant layihələrinin əldə edilməsi və onların idarə olunmasında da uğurlar əldə etmişdir. Avropa Komissiyasının maliyyələşdirdiyi “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” layihəsi, “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasi­yası” layihəsi və “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” layihəsi bunlara misal göstərilə bilər. Bunlara əlavə olaraq, UNEC Böyük Britaniya tərəfindən maliyyələşdirilən və hər biri 50 min funt sterlinq olan iki “Creative Spark” layihəsini də qazanmış və onların icrasını hazırda İngiltərənin Qrinviç Universiteti və Şərqi Lon­don Universiteti ilə birgə həyata keçirir.

Hazırda UNEC müxtəlif nü­fuzlu xarici universitetlərlə birgə 8 beynəlxalq ikili diplom proqramı həyata keçirir. Eyni zamanda son dövrlər UNEC ölkədə təhsil xidmətləri ixrac edən ali təhsil ocağına da çevrilmişdir. Artıq bir neçə ildir ki, universitetimiz Yunanıstan Respublikasının Qərbi Makedoniya Universiteti ilə birgə Yunanıstanda “Neft və qazın idarə edilməsi və daşınması” (MOGMAT) magistr proqramı üzrə yüksək ixtisaslı kadrlar hazırla­yır. Qeyd edilən proqram üzrə tədris və tədqiqat fəaliyyətlərini UNEC müəllimləri tərəfdaş universitetin müəllimləri ilə birgə həyata keçirirlər. Bundan başqa, UNEC ölkə xaricində filialı olan Azərbaycan universiteti kimi bu imkanından geniş istifadə etməyə başlamışdır. Belə ki, Rusiya Federasiyasının (RF) Dərbənd şəhərində yerləşən UNEC filialı RF-nin rəsmi lizenziyası əsasında fəaliyyətə başlamış və filialın yeni və müasir kampusü istifadəyə verilmişdir.

Son illər ali təhsil sahəsində müxtəlif nüfuzlu beynəlxalq reytinq təşkilatları ilə sıx əlaqələr qurulmuş, bu təşkilatların müəyyən etdiyi parametrlər ətraflı şəkildə öyrənilmiş və UNEC-in qeyd edilən parametrlər üzrə göstəricilərinin yaxşılaşdırılma­sı məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə, UNEC tarixində ilk dəfə olaraq, 14 iyun 2016-cı ildə QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmuşdur. Agentliyin hesaba­tına görə UNEC inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet arasına daxil olmuş və iqtisad yönümlü ən yaxşı 4-cü universitet seçil­mişdir. 2017-ci ildə isə UNEC bu siyahıda mövqeyini daha 30 pillə yüksəldərək regionun ən yaxşı 161-170 universiteti sıra­sına daxil olmuşdur. Şübhəsiz ki, bu nəticələr əvvəllər heç bir beynəlxalq reytinq siyahısında görünməyən UNEC üçün çox bö­yük bir nailiyyət hesab oluna bilər.

Dünya universitetlərinin veb populyarlığını müəyyən edən UniRank agentliyinə görə 2017-2020-ci illər arasında hər il UNEC universitet internet resursları üzrə Azərbaycanın ən yaxşı və ən po­pulyar ali məktəbi seçilir. Həmçinin nüfuzlu “Webometrics” agentli­yinin reytinq siyahılarına əsasən UNEC 2017-2020-ci illər arasında “Google akademik istinadlarının sayı”na görə hər il Azərbaycan ali məktəbləri arasında birincidir.

UNEC-in yüksək mövqe tut­duğu beynəlxalq reytinq siyahı­larından biri də “UI Green Metric World University Rankings”dir. Bu reytinq siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci “yaşıl” universitetdir.

2020-ci ildə dünyanın ən nü­fuzlu reytinq agentliklərindən olan “The Times Higher Education” tərəfindən açıqlanan reytinq siya­hısı isə UNEC-in 90 illik yubileyi ərəfəsində universitet kollektivi üçün bir növ əsl hədiyyə oldu. Belə ki, agentlik 22 aprel 2020-ci ildə “THE İmpact Ranking” reytin­qini açıqladı və bu siyahıda UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerdədir. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə UNEC ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə etmişdir. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universi­teti sırasına daxil olmuşdur. Yenə eyni siyahıda “Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC, möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafı­na dəstəyi ölçən “Sənaye, inno­vasiya və infrastruktur” məqsədi üzrə 401+, eləcə də, “Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cü ən yaxşı universitetlər sırasında olmuşdur.

Yenə 2020-ci ildə Avropa Birliyinin Erasmus+ proqra­mı tərəfindən maliyyələşən U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fəaliyyətini ölçən reytinq sıralamasının yeddinci buraxılışını və 28 fənn üzrə reytinq cədvəlini açıqlayıb. U-Multirank reytinq sıralamasının bu ilki bura­xılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya – tədris və öyrənmə, tədqiqat, bilik transfe­ri, beynəlmiləlləşmə və regional fəaliyyətlər üzrə qiymətləndirilib. Ümümi performansı U-Multirank təşkilatı tərəfindən “A” (çox yaxşı) ilə qiymətləndirilən UNEC bu ilki reytinqdə ən yaxşı 950 (1786 universitet arasında) universitet sı­ralamasında qərarlaşıb. Reytinqə düşən 1786 universitet arasında UNEC, iqtisadiyyat ixtisası (sub­ject ranking) üzrə xüsusi reytinqdə 209-cu ən yaxşı nəticəni əldə edərək, 250 ən yaxşı universitet sırasına daxil olmuşdur.

Qarşıdakı illərdə UNEC, qlobal ali təhsil bazarına inteqra­siya yolunda tələbələrin sayında əcnəbilərin payını 10 faizə çatdır­mağı, beynəlxalq mübadilə proq­ramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayını davamlı artırmağı, beynəlxalq ikili diplom proqramlarının sayını 10-a yüksəltməyi, ingilis dilində təhsil proqramlarını davamlı inkişaf etdirməyi və 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən biri olmağı hədəfləyir.

İqtisadiyyat dinamik inkişaf edən, daim yeniliklərə, innova­tiv texnologiyalara açıq olan bir sahədir. Bu baxımdan iqtisad­çı kadrları yetişdirən ali təhsil müəssisələrinin də bütün bu yeniliklərə adekvat cavab verə biləcək çevik təhsil proqramlarına, yüksək keyfiyyətli tədris prosesinə sahib olması tələb olunur. Ümum­milli lider bu istiqamətdə qeyd edir: “… Ən əsası bizim gəncləri, gənc nəsli müasir bazar iqtisa­diyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə siste­minin tələblərinə uyğun olaraq təhsilləndirin.”

Son illər həm bakalavr, həm də magistratura səviyyəsində yeni ixtisasların açılması, tədris prosesinin tamamilə elektronlaş­dırılması, şəffaflığın və hesabatlı­lığın yüksəldilməsi, əsas hissəsini xaricdə təhsil üzrə dövlət proqra­mının məzunlarının təşkil etdiyi çoxlu sayda gəncin elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi, ingilis və rus dillərində təhsil proqramlarını həyata keçirən iki yeni məktəbin (fakültənin) yaradılması, türk dilində tədris aparan fakültənin inkişaf etdirilməsi, azərbaycan dilində tədris aparan fakültələrin bazasında keyfiyyətcə yeni meqa fakültələrin formalaşdırılması, gənc və peşəkar kadrların tədris prosesinin idarə edilməsinə cəlb edilməsi, 24/7 kitabxananın yaradılması və yeni tədris materi­allarının formalaşdırılması hesa­bına tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması, tədris planları və proqramları­nın (sillabuslar) yeniləşdirilərək mütərəqqi dünya təcrübəsinə uy­ğunlaşdırılması və digər tədbirlər nəticəsində UNEC iqtisadçı kadr hazırlığını xeyli təkmilləşdirmişdir.

Tələbələrin peşəkar kadr kimi formalaşmasında tələbə təşkilatlarının da böyük rolunun olduğunu nəzərə alan UNEC, bu istiqamətdə də aktiv iş aparır. Belə ki, son illər UNEC-də “Tələbə-rektor”, “İqtisadçı tələbələrə dəstək içtimai birliyi”, “İqtisadçı tələbələrin elmi fəaliyyətinə dəstək ictimai birliyi” və digər yeni tələbə təşkilatları fəaliyyətə başlamış və tələbələr tərəfindən həyata keçirilən sosial layihələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Burada UNEC tələbələrinin son illər ölkədə formalaşmış könüllülük hərəkatında aktiv iştirak etməsini də vurğulamaq lazımdır. Xüsusilə də, ölkəmizdə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, idman yarışlarında UNEC-in minlərlə tələbəsinin könüllü statusunda iştirak etməsi onların peşəkar kadr kimi yetişməsi işinə də böyük töhvə verir.

Qeyd edilən işlərin nəticəsidir ki, II ixtisas qrupunda respublika üzrə prezident təqaüdçülərinin 2015-ci ildə yalnız 4 faizi UNEC-i seçdiyi halda, bu rəqəm hər il artaraq hazırda 70 faizə çatmışdır. Eyni zamanda əvvəllər belə fakt qeydə alınmasa da, son üç ildə ölkə üzrə mümkün ən yüksək – 700 bal toplayan abituriyentlər arasında UNEC-i seçənlərin sayı artmışdır. UNEC-in qəbul imtahan­ları üzrə orta keçid balı göstəricisi 2014-2015-ci tədris ilində 391 olduğu halda, sonrakı illərdə da­vamlı yüksələrək 410-u keçmişdir.

UNEC, qarşıdakı illərdə qəbul olan abituriyentlərin orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları – yetərli ixtisas bilikləri, analitik və empirik təhlil bacarığı, tənqidi və həll istiqamətli düşüncə tərzi, yüksək akademik yazı qabiliyyəti, İKT-dən istifadə bacarığı, xarici dil bacarığı, liderlik və komandada işləmə bacarığı­nı tam şəkildə formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi, təhsil proqram­larının beynəlxalq akkreditasi­yadan keçməsini təmin etməyi, tələbələrin təqaüd imkanlarını davamlı yaxşılaşdımağı, distant təhsil xidmətləri göstərməyi və professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini daim artır­mağı özünün əsas hədəfləri kimi qəbul etmişdir.

Heydər Əliyevin UNEC kol­lektivi qarşısında qoyduğu əsas vəzifələrdən biri də dünya maliyyə sisteminə bələd olan və xarici dilləri bilən kadrlar yetişdirməkdir: “İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir.” Son illər UNEC-in ölkədə 4 dildə təhsil verən yeganə universitet sta­tusunu daha da gücləndirmək istiqamətində bir sıra əlavə tədbirlər həyata keçirilmişdir. İlk növbədə bakalavr səviyyəsində tədrisin rus və ingilis dillərində aparıldığı iki yeni məktəb (fakültə) yaradılmaqla yanaşı, türk dilində təhsil verən “Türk Dünyası iqtisad fakültəsi”nin də müəllim potensialı gücləndirilmiş və mövcud ixtisas­ların sayı artırılmışdır. Əvvəllər yalnız “biznesin idarə edilməsi” və “beynəlxalq münasibətlər” ixtisas­ları üzrə bakalavr hazırlayan bu fakültə, artıq “maliyyə”, “iqtisadiy­yat”, “marketinq” və “mühasibat” ixtisasları üzrə də kadr hazırlığına başlamışdır.

Magistratura səviyyəsində də analoji addımlar atılmış, MBA təhsili üzrə müasir UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılmışdır. Son illər UNEC-də MBA təhsili üzrə tədris planları tamamilə yeniləşdirilərək beynəlxalq standartlara uy­ğunlaşdırılmış, əmək bazarının tələblərindən irəli gələrək, “biznes analitikası”, “sosial media”, “idma­nın idarə edilməsi”, “səhiyyənin idarəedilməsi”, “turizm və otelçilik” kimi yeni ixtisas və ixtisaslaşmalar açılmış, mübadilə və ikili diplom proqramları həyata keçirilmişdir. UNEC Biznes məktəbi 2016-cı ildən ABŞ-ın AACSB təşkilatının tam hüquqlu üzvü olmuş, ACCA təşkilatı tərəfindən akkreditasi­ya edilərək “mühasibat uçotu” ixtisasının məzunları F1-F9, digər ixtisaslarının məzunları isə F1-F4 sertifikatını əldə etmək hüququ qazanmışlar. Həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, UNEC Biznes Məktəbi 56-cı proqramda ölkə üzrə payını 2014-2015-ci tədris ilindəki 43,5 faizdən hazırda 75 faizədək yüksəldə bilmişdir.

Magistratura və doktorantura üzrə isə yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığı prosesini təkmilləşdirmək məqsədilə təhsilin bu pillələrinin elmi-tədqiqat poten­sialının gücləndirilməsi, plagiatçı­lıqla mübarizənin genişləndirilməsi və dissertasiyaların yerinə yetirilməsi prosesinin ölkə iqtisa­diyyatının inkişaf tələbləri ilə daha da uzlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bu­nun üçün ilk növbədə magistratura pilləsində təhsilin tamamilə yeni standartları tətbiq edilmiş, tədris planlarına “Tədqiqat metodları” adlı məcburi fənn daxil edilmiş və ölkədə ilk dəfə olaraq magist­raturada ikinci tədris ili tamamilə magistrlərin elmi-tədqiqat təcrübəsinə və dissertasiyaları yerinə yetiriməsinə ayrılmışdır.

UNEC, doktorantura təhsilinin təkmilləşdirilməsi məqsədilə, Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda dok­torantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – NİZAMİ” layihəsinə qoşulmuşdur. Dokto­rantura pilləsi üzrə təhsilin yeni standartları hazırlanmaqla yanaşı, doktorantların xarici dil biliklərinə olan tələb də əhəmiyyətli dərəcədə yüksəldilmişdir. Belə ki, artıq bir neçə ildir UNEC-də fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul zamanı verilən ingilis dili imtahanları və ingilis dilindən minimum imtahan­ları “British Council” tərəfindən “APTIS” imtahan sistemi əsasında götürülür.

Son illər UNEC-də təhsilalanların xarici dildə yüksək keyfiyyətli təhsil almaq imkanlarını artırmaq məqsədi ilə nüfuzlu xarici universitetlərlə birlikdə ikili diplom proqramları da formalaşdırılmışdır. Hazırda UNEC London Universite­ti/London İqtisadiyyat Məktəbinin beynəlxalq proqramına qoşulmuş, Fransanın Montpellier Universiteti ilə, Litvanın Mikolas və İsveçrənin UBIS Universiteti ilə ikili diplom proqramı reallaşdırır.

Hazırda UNEC-də ingilis dilində 21 təhsil proqramı fəaliyyət göstrərir ki, bu da Ümummili Lide­rin qarşımızda qoyduğu müasir, bacarıqlı, xarici dilləri bilən və dünya təcrübəsini mənimsəmiş gənclərin yetişdirilməsi baxımdan əhəmiyyətlidir.

UNEC, təhsilalanlarla yana­şı təhsilverənlərin də xarici dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu istiqamətdə atılan ən mühüm addım “British Council” ilə bağlanmış müqavilə əsasında UNEC müəllimləri üçün təşkil edilən “Akademik İngilis Dili Kursları”dır. Müqavilə çərçivəsində “British Council” UNEC müəllimləri üçün diaqnostik “APTIS” test imtahanları təşkil etmiş və bu imtahanlardan B1 və yuxarı nəticələr alan müəllimlər üçün 4 aylıq müddəti əhatə edən 96 sa­atlıq akademik ingilis dili təlimləri aparmışdır. Təlimlər, UNEC müəllimlərinin ingilis dili bacarıq­larını təkmilləşdirməklə onların qlobal elm və təhsil məkanına inteqrasiya imkanlarının daha da artırılması məqsədini daşımışdır.

Şübhəsiz ki, UNEC əldə etdiyi bu uğurlarla kifayətlənmək niyyətində deyildir. Universitet 2018-ci ildə qəbul etdiyi “UNEC-100” İnkişaf Strategiyasını qarşıdakı illərdə reallaşdırmaqla, 100-cü ilini qeyd edəcəyi 2030-cu ilə daha böyük uğurlarla daxil olmağı hədəfləmişdir. Sənəd, UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ilə qədərki dövr ərzində onun fəaliyyətinin əsas strateji istiqamətlərini özündə ehtiva edir. Strategiyada 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunmuş­dur. Eyni zamanda sənəddə qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret strateji fəaliyyət istiqamətləri də öz əksini tapmışdır. Sənədə görə UNEC 100 yaşını qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı hədəfləmişdir.

Beləliklə, bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) özünün böyük tarixi keçmişi və mövcud potensialına arxalana­raq, gələcəyə inamla addımlayır, ümummilli lider Heydər Əliyevin ideyaları işığında möhtərəm Pre­zidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi təhsilin, elmin və iqtisadiyyatın inkişaf strategiyala­rının reallaşdırılması işinə layiqli töhfələr verməyə çalışır və bu yolda səylərini davam etdirir.

Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor

*

https://news.unec.edu.az/xeber/125-universitet/7456-bold-red-heyder-eliyev-ve-igtisadi-tehsilin-modernleshmesi-bold-red

573 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna