UNEC-in tələbələri “Holcim” şirkətinin təcrübə proqramının qalibi olub

06 OKTYABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4-cü kurs tələbəsi Natiq Əliyev və məzunumuz  Müjgan Həsənzadə proqramın qalibləri seçiliblər. Qaliblər bir-neçə kriteriya üzrə müəyyən edilib. Natiq Əliyev “Holcim”-in Maliyyə Nəzarəti şöbəsində, Müjgan Həsənzadə isə Mühasibatlıq şöbəsində praktiki biliklərini təkmilləşdirəcək.

Qeyd edək ki, 2015-ci ilin avqust ayında tərəflər arasında imzalanan razılaşmaya əsasən, “Holcim” (Azerbaijan) UNEC tələbələrinin real sektorda biliklərini artırmağa dəstək verir.