30 iyun 1961-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur.
1968-1978-ci illərdə Ordubad şəhər 1 saylı orta məktəbində təhsil almışdır.
1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Univesiteti) daxil olmuş;
1982-ci ildə həmin institutu bitirmişdir.
1983-85-ci illərdə Sovet ordusunda xidmət etmişdir.
1985-1988-ci illərdə Sumqayıt «Sintez kauçuk» zavodunda iqtisadçı vəzifəsində çalışmışdır.
1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasında oxumuşdur.
*
1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
2002-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, iqtisad elmləri namizədidir.
Bir dərslik, bir dərs vəsaiti, bir praktik-metodik vəsaitin, 30-dan çox elmi məqalə və tezisin müəllifidir.
2010-cu ildən “İqtisadiyyat” kafedrasının baş müəllimi olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
Evlidir, iki övladı var.