i.e.n., dos. Məmmədova Gülsüm Mirdamət qızı
7 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Qərb Universitetinə daxil olmuşdur.
1996-cı ildə Qərb Universitetini bitirmişdir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına daxil olmuşdur.
2000-ci ildə İqtisad Universitetinin magistraturasını bitirmişdir.
*
2000-ci ildən “Vergi və vergiqoyma” kafedrasında baş müəllim vəzifəsində çalışır.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı olmuşdur.
2008-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
İqtisad universitetində müəllim, baş müəllim vəzifələrində çalışıb.
Hazırda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.
Ailəlidir, iki övladı var.