ver_zeynal_fotoi.e.n.. b/m. Zeynalov Zeynal Səməndər oğlu

1970-ci il sentyabrın 1-də anadan olmuşdur.

1988-1990-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1991-ci ildə əmək fəaliyyətinə başlamışdır.

1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almış və bakalavr pilləsinin  Mühasibat uçotu və TFT ixtisası üzrə bitirmişdir.

1997-1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir.

2001-ci ildə AR İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnistitutuna dissertant qəbul edilmişdir.

 

 

 

*
2008-ci ildə AR Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda namizədlik dissertasiya işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

1999-2001-ci illərdə “AVİEL” kiçik müəssisəsində baş mühasib;
2002-2003-cü illərdə “Kiçik Sahibkarlığın İnkişafı və Stimullaşdırılması” İçtimai Birliyində iqtisadçı-trener;
2004-2005-ci illərdə “Halal audit-konsaltink” MMC-nin direktoru işləmişdir.

2005-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşıdır.

2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi olub.

14 elmi əsərin (1 dərslik /həmmüəllif/, 12 elmi məqalə və tezis) müəllifidir. 2 əsər xarici ölkələrdə çap edilmişdir.

Evlidir, iki övladı var.