i.e.n., dos. Bayramova Sevinc Rafiq qızı
1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1988-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Əməyin iqtisadiyyatı və sosiologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib və Leninqrad Maliyyə-İqtisad İnstitutunun aspiranturasına göndərilib.
1991-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunda vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb, Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasına müəllim vəzifəsinə təyin olunub.
1995-ci ildən həmin kafedrada baş müəllim, 2000-ci ildə isə dosent vəzifəsinə keçib.
58 elmi və metodiki əsərin müəllifidir.
2006-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Respublika üzrə bütün rayonlarda keçirilmiş Əmək yarmarkalarında sosioloji sorğu aparıb.
2008-ci ildə Moskva şəhərində Ali İqtisadiyyat Məktəbində “Əməyin iqtisadiyyatı” üzrə təkmilləşdirmə kursları keçib və diplom alıb.
06 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.
UNEC-in “Menecment” kafedrasının dosenti olub.
Hal- hazırda UNEC –in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosentidir.