mal_sakir_fotoi.e.n., dos. Bədəlov Şakir Şahpur  oğlu

1940-cı il mayın 15-də İsmayılllı rayonunun Zarat kəndində anadan olmuşdur.

1958-di ildə orta məktəbi bitirdikdən sonra iki il istehsalatda çalışmışdır.

1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) İqtisad fakultəsində təhsil alaraq Maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və Universitetin Elmi Şurasının qərarı ilə aspiranturada təhsil almağa tövsiyyə edilmişdir.

1965-1966-cı illərdə təyinat üzrə Abşeron rayon maliyyə şöbəsində büdcə üzrə inspektor və baş inspektor vəzifələrində çalışıb.

1966-cı ilin sentyabr ayında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)«Maliyyə və kredit» kafedrasına müəllim vəzifəsinə dəvət edilmişdir. 1966-1968-ci illərdə pedaqoji fəaliyyətlə yanaşı elmi-tədqiqatla məşğul olmuşdur.

1968-ci ilin noyabr ayında zabit kimi orduya hərbi xidmətə çağrılmışdır.

1969-cu ilin axırına qədər hərbi hissədə Maliyyə təminatı xidmətinin rəisi vəzifəsində çalışmışdır.

1971-ci ildə ordudan tərxis edildikdən sonra elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, kafedranın baş müəllimi seçilmişdir.

1974-cü ildə «Sosializm Yarışının Qalibi» döş nişanı ilə təltif edilmişdir.

1975-ci ildə Moskva Maliyyə Akademiyasında Maliyyə, pul tədavülü və kredit ixtisası üzrə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Maliyyə və kredit» kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

 

1984-cü ildə «Maliyyə-statistika» fakultəsinin dekan müavini işləmiş, 1987-ci ildə fakultə dekanı vəzifəsinə seçilmiş və 1995-ci ilədək bu vəzifədə çalışmışdır.

1990-cı ildə «Yüksək ixtisaslı kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin təşkilində və institutun maddi-texniki bazasının möh­kəm­ləndi­ril­mə­sində göstərdiyi xidmətlərinə  görə» AR Təhsil Nazir­li­yinin, AR Dövlət Sığorta Şirkətinin Fəxri Fərmanları ilə təltif edilmişdir.

2001-2005-ci illərdə Maliyyə və kredit fakültəsinin dekanı vəzifəsində işləmişdir.
2017-ci ilə kimi “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.

AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilib.
UNEC-in Fəxri professoru olub.

2017-ci ildə təqaüdə yola salınıb.

«Maliyyə və kredit», «Müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliy­yəsi», «Maliyyə», «Büdcə sistemi» dərsliklərinin həmmüəllifidir, bir sıra dərs vəsaitlərinin, proqram və metodiki vəsaitlərin, 50-dən artıq elmi məqalənin müəl­lifidir. Bir sıra Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir.

 

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

DSC_3504. DSC_3512

“Doğma universitetimin bu günü ilə qürur duyuram!” (10.07.2017)