1980-ci ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aspiranturanı bitirmişdir və Tiflis Elmlər Akademiyasının «İqtisadiyyat və hüquq» institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1983-cü ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda şöbə müdiri işləmişdir.
1985-ci ildən həmin institutun elmi katibi vəzifəsində çalışmışdır.
1998-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Humanitar və ictimai elmlər» şöbəsində rəis müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 4 dekabr 2012-ci il tarixli qərarı ilə dosent elmi adı vermişdir.
2002-ci ildən 2017-ci ilə kimi İqtisad Universitetinin «İqtisadiyyatın tənzimlənməsi» kafedrasında dosent vəzifəsində çalışıb. 2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
20-dən artıq elmi əsərin müəllifidir.