1960-cı ildə Lənkəran rayonunda anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Lənkəran rayonunda alıb.
Əmək fəaliyyətinə 1977-ci ildə Lənkəran rayonunun Ş. Axundov adına sovxozunda fəhlə kimi başlayıb.1979-cu ilin may ayından 1981-ci ilin iyununa qədər Sovet Ordusu sıralarında hərbi xidmət keçib. Ordu sıralarından tərxis olunandan sonra Leninqrad şəhərində 104 nömrəli tikinti trestində işləyib.
1982-1987-ci illərdə Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əyani şöbədə oxuyub. Universiteti əla qiymətlə bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda siyasi iqtisad kafedrasında laborant vəzifəsində çalışıb.
1987-ci ildə Leninqrad Dövlət Universitetinə təcrübəkeçmə üçün ezamiyyə olunub. 1988-ci il həmin Universitetin iqtisadiyyat fakültəsinin aspiranturasına daxil olub. İki ildən sonra 1990-cı ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib Bakıya, Azərbaycan Neft və Kimya institutunun siyasi iqtisad kafedrasına müəllimi kimi işə düzəlib.
*
1990-cı ildən 1994-cü ilə kimi Strateji Araşdırmalar Mərkəzində böyük elmi işçi kimi çalışıb. 1994-cü ilin oktyabr ayından Sosial-Psixoloji Araşdırmalar Mərkəzində baş direktorun müavini işləyib.
1995-ci ilin noyabr ayından 2005-ci ilin iyun ayına qədər “Trend” analitik informasiya agentliyinin baş direktoru vəzifəsində çalışıb.
2003-cü ilin iyün ayından İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru vəzifəsində çalışır.
2000-ci ilin oktyabr ayında Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Universtitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyasını müdafiə edib.
UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının dosentidir (0,5).