13i.e.n., dos. Əhmədov Mahmud Əmirsoltan oğlu

1944-cü ildə Xaçmaz rayonunun Həbibkənd kəndində anadan olmuşdur.

1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.

1969-cu ildən 1988-ci ilə kimi Xaçmaz rayonunda rəhbər vəzifələrdə işləmişdir.

1981-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1988-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyət göstərir.
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil və audit» kafedrasının dosentidir.

 

*

Hazırda UNEC-in Fəxri professorudur.

4 dərs vəsaitinin, 72 elmi əsərin müəllifidir.

Ailəlidir. 4 övladı var.

mahmud 1 (15)