1968-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
1986-cı ildə Biləsuvar rayonu Çaylı kənd orta məktəbini bitirib.
1987-1989-cu illərdə hərbi xidmətdə olub.
1989-cu ildə N. Voznesenski adına Leninqrad-Maliyyə İqtisad İnstutunun Bakı filialına daxil olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Statistika ixtisası üzrə bitirmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitunun aspiranturasına (qiyabi təhsil üzrə) daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmiş və 2005-ci ildə «Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin statistik tədqiqi» mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin doktaranturasında təhsilini davam etdirib.
*
1994-1997-ci illərdə «AEROSMİS» firmasında mühasib vəzifəsində çalışmışdır.
1997-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin «İdarəetmə» kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2000-ci ilin sentyabrından «Statistka» kafedrasında baş müəllim, 2008-ci ildən dosent vəzifəsində çalışıb. Hazırda UNEC-in “Riyaziyyat və statistika ” kafedrasının dosentidir.
60 ç.v. həcmdə 50-dən çox elmi və metodiki əsərin, o cümlədən, 1 monoqrafiyanın və 6 dərs vəsaitinin müəllifidir: «1990-2000-ci illərdə Azərbayjan iqtisadiyaatı: inkişaf meyli, strategiyası və problemləri», (monoqrafiya), (birgə müəlliflər), «Əhali statistikası», dərs vəsaiti, (birgə müəlliflər) «Sosial-iqtisadi statistia», dərs vəsaiti, (birgə müəlliflər), «Sosial-iqtisadi statistiadan məsələlər külüyyatı», dərs vəsaiti, (birgə müəlliflər), «Maliyyə və bank statistikası» dərs vəsaiti, (birgə müəlliflər), “Statistikanın nəzəriyyəsi”, dərs vəsaiti, “Statistika ”, dərs vəsaiti və s.