29 dekabr 1953-cü ildə Abşeron rayonunun Alti-Ağac kəndində anadan olmuşdur.
1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtısad Universitetini) bitirmişdir.
1993-cü ilədək təyinatla Azərbaycan Dövlət Plan Komitəsinin (indiki Azərbaycan Respublikası İqtısadi İnkişaf Nazirliyi) ET İqtisadiyyat İnstitutunda iqtisadçı, böyük elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.
1979-1982-ci illər ərzində Azərbaycan Dövlət İqtısad Universitetinin aspirantı olmuş, 1985-ci ildə namizədlik disertasiysını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
*
1993-2001-ci illər ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə siyasəti şöbəsində referent, Beynəlxalq iqtisadi əlaqələr şöbəsində böyük referent vəzifələrində çalışmışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtısad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” və “İqtisadi hüquq” kafedralarının baş müəllimi vəzifəsində işləmişdir.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
20-dən artıq elmi-metodiki işin müəllifidir.
Evlidir, dörd övladı var.