1954-cü ildə Masallı rayonunda anadan olmuşdur.
1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.
1975-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1986-cı ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
*
1988-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil» kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
2001-ci ildən «İqtisadi təhlil və audit» kafedrasının dosentidir.
3 dərsliyin, 2 dərs vəsaitinin, 6 metodiki döstərişin və tədris proqramının və 40-dan çox elmi məqalənin müəllifidir.
Ailəlidir. 3 övladı var.