15 yanvar 1959-cu ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur.
1980-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) “Əməyin iqtisadiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1980-ci ildən 1991-ci ilin oktyabr ayınadək təyinatla Bakı Aqreqat İstehsalat Birliyində normalaşdırıcı, iqtisadçı, böyük iqtisadçı, büro rəisi, şöbə rəisi vəzifələrində çalışmışdır.
15.10.1990 – 30.08.1991-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində I dərəcəli iqtisadçı vəzifəsində işləmişdir.
1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
40-dan çox elmi-metodiki əsərin müəllifidir. “İnsan resurslarının idarə edilməsi” (2008), “Əməyin fiziologiyası və psixologiyası” (2013), “Gəlir və əmək haqqı siyasəti” (2013), “Erqonomika” (2013) fənləri üzrə tədris proqramları, metodik göstərişlər çap olunmuşdur.
2008-2010-cu illərdə İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktor müavini olub.
2019-cu ildən UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının dosentidir.
2015-ci ildən 2022-ci ilin sentyabrına kimi Magistratura Mərkəzinin direktor müavini vəzifəsində işləyib.
2022-ci ilin sentyabrından UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbər müavinidir.
Ailəlidir, üç övladı var.