1969-1979 – Bakı şəhəri, 189 saylı orta məktəbdə oxumuşdur.
1979-1984 – S.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini təhsil almışdır.
1988-1992 – Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasında oxumuşdur.
1992-ci ilin iyunun 26-da “Bazar münasibətlərinə keçid şəraitində kənd təsərrüfatı müəssisələrinin analitik-proqnoz modelləri sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1984-1986 – Bakı metropoliteninin İnformasiya Hesablama Mərkəzində operator;
1986-1991 – Dövlət plan komitəsinin hesablama mərkəzində mütəxəssis;
1991-1994 – Təhsil Nazirliyində təhsil alan gənclərin elmi-texniki yaradıcılığı üzrə respublika şurasının məsul katibi;
1994-1999 – Esperanto müəssisəsi marketinq üzrə direktor müavini;
1999-2001 – Bakı Biznes Universitetində dekan;
2001-2007 – Azərbaycan Dövlət iqtisad Universitetinin “Biznesin təşkili” kafedrasının baş müəllimi;
2007-2014 – Dövlət İdarəçilik Akademiyasında elmi katib, dekan, kafedra müdiri vəzifələrində işləyib.
2014-cü ildən UNEC-in “Menecment” kafedrasının dosentidir.
2018-ci ilin oktyabrına kimi UNEC-in Magistratura mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
*
*
40-dan artıq elmi və metodiki əsərlərin o cümlədən, “Biznesin əsasları”, “Biznesdə kontrolinq”, “İnnovasiya menecmenti” dərsliklərinin həmmüəllifidir. Azərbaycanda və xarici ölkələrdə milli innovasiya sisteminin formalaşması haqqında elmi məqalələr yazmışdır.
Elmi məqalə müsabiqəsinin qaliblərini tanıyın (10.11.2017)