irada55i.f.d., Abdullayeva İradə Vaqif qızı

08 aprel 1973-cü ildə Bakı şəhərində anadan olub

1980- 1990-cı illərdə Bakı şəh. Nərimanov rayonu 82 №-li pilot orta məktəbində təhsil alıb.

1992-1995-ci illərdə İctimai Siyasi Kollecin “Mühasibat uçotu, nəzarət, təsərrüfat fəaliyyətinin təhlili” ixtisasında təhsil alıb.

1997- 2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” ixtisası üzrə bakalavr dərəcində təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura mərkəzinin “Strateji idarəetmə (menecment)” ixtisası üzrə magistr dərəcəsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

2005-2016-cı illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə Magistratura mərkəzində marketoloq vəzifəsində çalışmışdır. 2016-2020-ci illərdə UNEC Biznes Məktəbində proqram meneceri vəzifəsində çalışmışdır.

2012-2016-cı illərdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin dissertantı olub.  14 noyabr 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasında “İqtisadi fəaliyyət növləri” ixtisası üzrə  “Yaşayış təyinatlı daşınmaz əmklak bazarında qiymətlərin əmələ gəlməsinin sosial iqtisadi problemləri” mövzusunda dissertasiya işini müdafiə edib və  AR Prezidenti Yanında AAK-nın 01 noyabr 2019-cu il tarixli (protokol №21-К) qərarı ilə ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

 

*

Hazırda UNEC-in “Menecment” kafedrasının müəllimidir.

Bir sıra beynəlxalq və respublika səviyyəli elmi konfransların iştirakçısı olmuşdur.

Biri xaricdə olmaqla  10 məqalənin  müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

IMG-20191129-WA0045IMG-20200214-WA0051irada_134820191224_151744IMG-20220309-WA0018333222111

UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu (09.03.2022)