Veliyev Anari.f.d., dos  Vəliyev Anar Cümşüd oğlu 

04 may 1978-ci ildə Tərtər rayonunun Qarağacı kəndində anadan olmuşdur.

1995-ci ildə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunu olmuşdur.

1995- ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş,1999-cu ildə “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2003- cü ildə isə “İstehsal sistemlərinin idaəedilməsi” ixtisası üzrə magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

1999-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri üzrə dissertasiyaların müdafiəsini keçirən D.02.052 Dissertasiya Şurasında 24 yanvar 2014-cü ildə “Korporativ idarəetmə və işgüzar təşkilatların rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri” mövzusunda müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 14.10.2014-cü il tarixli (protokol №25-K) qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2011-ci ildən “Menecment” kafedrasında saathesabı müəllim, 2015-2017-ci  illərdə tam ştat olaraq , 2017-ci ildən 0,5 ştat vahidində baş müəllim və 2019- cü ildən 0,5 ştat dosent kimi calışır.

2017-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Sosial-iqtisadi və texnika elmləri şöbəsinə baş mütəxəssis vəzifəsində calışmışdır.

2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi,Özünüməşğulluğun və işədüzəltmə tədbirlərinin təşkilinə kömək şöbəsində sektor müdiri və Beynləxalq əlaqələr və layihlərlə iş departamentində Layihlələrlə iş şöbəsində calışmışdır.

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantı olaraq “Qloballaşma şəraitində korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi problemləri” mövzusu üzərində araşdırmalarını davam etdirir.

2021-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Naizirliyinin Dövlət Radiotezliklərlər İdarəsinin, Daxili nəzarət və audit şöbəsinin, Keyfiyyətə nəzarət üzrə mütəxəssisi vəzifəsində calışır.

Evlidir iki övladı var.