26 dekabr 1975-ci ildə Samux rayonunun Salahlı kəndində anadan olmuşdur.
Təhsili:
Orta təhsil – Samux rayonu Poylu kənd orta məktəbi
(1983-1993)
Ali təhsil – Azərbaycan Dövlət İqtisad İniversiteti Bakalavr, İqtisadçı – statistika (1993-1997)
Ali təhsil -Azərbaycan Dövlət İqtisad Universiteti Magistr, Makroiqtisadi statistika (1997-1999)
Ali təhsil – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Dövlət və bələdiyyə idarəetməsi (2007-2010)
İxtisaslaşdırılmış kurslar – BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə Statistika İnstitutu və digər qısamüddətli kurslar
Elmi fəaliyyəti:
İqtisad üzrə fəlsəfə doktoru
Mövzu – Azərbaycan Respublikasında nəqliyyat statistikasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi problemləri” (2010)
*
Əmək fəaliyyəti:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsi
– aparıcı iqtisadçı (1998)
– baş iqtisadçı (1998)
– nəqliyyat və rabitə statstikası sektorunun müdiri (1999)
– şöbə müdiri (2007-2012)
2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilmişdir.
Elmi əsərləri – Statistika üzrə 23 elmi məqalə (6-sı xarici ölkələrdə nəşr olunmaqla),
“Nəqliyyat və rabitə statistikası” – fənn proqramı
Pedaqoji fəaliyyəti – Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasının
0.5 ştat müəllimi (2007-2016); “Statistika və ekonometrika” kafedrasının dosenti (2017-); 2020 – “Riyaziyyat və statistika” kafedrasnın dosentidir.
Hərbi mükəlləfiyyəti: AR Silahlı Qüvvələri (1999-2000), sıravi – rabitəçi
Ailə vəziyyəti: Evlidir, iki övladı var.
UNEC professoru Dövlət Proqramının əsas istiqamətlərini şərh edib (AzTV – 14.03.2018)