1977-ci ildə Mingəçevir şəhərində anadan olub.
1994-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinə daxil olub.
1998-2000-ci illərdə magistratura təhsili alıb.
2008-ci ildə dissertasiya işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülüb.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Univerisitetində iş fəaliyyətinə başlayıb.
Müxtəlif illərdə Qafqaz Universitetində dərs deyib.
İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədridir.
2009-cu ildən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidentidir.
Vyana İnstitutunun və İsveçrənin Beynəlxalq Münasibətlərinin Araşdırma İnstitutunun məzunudur. İsveçrənin KABİR Məzunlar Şurasının iqtisadiyyat bölməsinin koordinatorudur.
UNEC-in “Menecment” kafedrasının müəllimi olub.
Hazırda UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimidir.