I yerə layiq görülən gənc tədqiqatçılarımız

13 NOYABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm Günləri” çərçivəsində gənc tədqiqatçı, magistrant və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərini təqdim edirik:

DSC_9514

 

Gənc tədqiqatçılar arasında keçirilən elmi məqalə müsabiqəsinin qalibi
Zeynəb Qiyasova – İqtisadiyyatın tənzimlənməsi kafedrasının dissertantı

DSC_9491

– Mən də bir gənc tədqiqatçı kimi AMEA-nin 70 illik yubileyi çərçivəsində keçirilən tədbirlərə öz tohfəmi vermək istədim. Buna görə də müsabiqədə iştirak etmək üçün elmi rəhbərim, professor Məhiş Əhmədovla məsləhətləşib, “İnnovativ iqtisadi inkişafın formalaşdırılması strategiyası; Neftin ucuzlaşması fonunda ölkəmizdə fiskal siyasətin əsas istiqamətləri” mövzusu üzərində çalışmağa başladım. Cənab Prezident İlham Əliyevin elm adamları qarşısında son dövrlərdə yaranmış iqtisadi tərəddüd və təhlükələrlə bağlı yeni ideyaların inkişafına aid qoyduğu tələblər biz gəncləri daha geniş tədqiqatlar aparmaga həvəsləndirir. Hesab edirəm ki, hazırki tərəddüdlü iqtisadi meylləri “Azərbaycan 2020 – gələcəyə baxış” inkişaf konsepsiyasından irəli gələn tələblərə uygunlaşdırmaq, ölkədə biliklərə əsaslanan innovativ iqtisadi inkişafda öz yenilikçi fikirlərini irəli sürmək biz gənc tədqiqatçıların əsas vəzifəsidir.

Magistrantlar arasında keçirilən elmi məqalə müsabiqəsinin qalibi
Səyyarə  Abdullayeva – Magistratura, marketinq ixtisası, II kurs

DSC_9497

 

– Müsabiqəyə təqdim etdiyim elmi iş marketinqlə baglı idi. Mövzum “Marketinq strategiyaları vasitələri ilə rəqabət üstünlüklərinin əldə edilməsi” olub. Elmi rəhbərlərim kafedra müdiri T.İmanov ilə dosent Ə.Babaşovdur. Düşünürəm ki, marketinq sahəsi müasir iqtisadiyyatımızın ən vacib və günü-gündən yeniliklərə ehtiyac duyan sahəsidir. Təqdim etdiyim elmi işdə də marketinq strategiyalarının  rəqabət mühitində nə dərəcədə əhəmiyyətli olduğunu qeyd etmiş və əsaslı şəkildə göstərmişəm. “Elm Günləri”ndə bütün dəyirmi masalarda iştirak etmişəm. Magistraturanın sonuncu kursunda oxuduğuma görə dissertasiya işi ilə məşğul olmuşam. Birinci yerə layiq olacağıma ümid edirdim və bu mənim üçün  sevindirici oldu. Gələcəklə bağlı fəaliyyətimdə həvəsləndirmənin, qayğının çox önəmli olduğunu düşünürəm. Bu qayğı da UNEC-də bizə yetərincə nümayiş etdirilir. Ümid edirəm ki, daha böyük uğurlar əldə edərək, biliklərimi təkmilləşdirəcəm. 

Bakalavrlar arasında keçirilən elmi məqalə müsabiqəsinin qalibi
Nazənin Əhmədova – Maliyyə mühasibat fakültəsinin IV kurs tələbəsi

DSC_9502

 

– Universitetimizdə “Elm Günləri”nin keçirilməsi mənim üçün əla fürsət yaratdı ki, formalaşmaqda olan iqtisadi-statistik fikirlərimi və statistikanın iqtisadiyyatda olan önəmini açıqlayım. Tədqiqat mövzumu da bu fikirlərə görə seçmişəm. Elmi rəhbərim Vüsalə Teymurova və kafedra müdiri professor Sakit müəllimin dəstəyi ilə “Sahibkarlığın inkişafının ÜDM-yə təsirinin statistik təhlili” mövzusunu işlədim və qalib gəldim. Qalib olacağımı düşünürdüm, çünki tədqiqat mövzum bazar iqtisadiyyatlı, dinamik tərzdə inkişaf etməkdə olan ölkəmiz üçün çox aktualdır. ÜDM ölkənin əsas makroiqtisadi göstəricisi oldugundan ona təsir edən amillərin araşdırılması çox  vacibdir. Bu amillərdən biri də sahibkarlıq fəaliyyəti nəticəsində yaradılmış əlavə dəyərdir. Tədqiqat işimdə bu amilin ÜDM-yə təsirinin karelyasiya analizini etmişəm. Belə nəticəyə gəlinir ki, sahibkarlıq fəaliyyəti və ÜDM  arasında sıx əlaqə mövcuddur.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol