Artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Binzes-İnkubatorunda (İBİ) tələbələrlə yanaşı, müəllimlər də startap layihələrini yarada biləcəklər. Bunun üçün UNEC müəllimləri ideyaları ilə İBİ-yə müraciət edə bilərlər.
Müəllimlər startap layihələrindən əlavə, İBİ ilə əməkdaşlıq edən korporativ sektor üçün Biznes Klinik istiqaməti üzrə biznes ekspert konsaltinq xidmətləri verə bilərlər. Eləcə də xarici dil kusrları ilə yanaşı, beynəlxalq sertifikatlı mühasibat (ACCA) üzrə təlimlər də keçə bilərlər.