ƏCNƏBİ TƏLƏBƏLƏR

Azərbaycanın iqtisad profilli yeganə dövlət universiteti və Cənubi Qafqazın ən böyük ali məktəblərindən biri olan Azərbaycan Dövlət İqtisad Universiteti 21 ixtisas üzrə əcnəbilərin bakalavriat və magistratura səviyyələrində tələbə qəbulunu elan edir.

Təhsil azərbaycan, rus, türk və ingilis dillərində aparılır.

Qəbul elektron formada həyata keçirilir. Əcnəbi abituriyentlər portal.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanırlar.
Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı tövsiyə məktubu da tələb olunur.

Lazım gəldikdə abituriyentlər “Skype” və ya telefon vasitəsilə müsahibəyə dəvət edilir.

Qeyd edək ki, UNEC QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin sıralamasında iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.

 

ELAN: UNEC-ə qəbul olmaq istəyən əcnəbi vətəndaşların nəzərinə: Sənəd qəbulu başlayıb

ONLİNE  QEYDİYYAT

Qeydiyyat üçün TƏLİMAT  – pdf (rus, eng)

Qeydiyyat üçün TƏLİMAT  – video  (azeng)

 

İXTİSASLAR

Bakalavr

Azərbaycan    İngilis     Rus     Türk

Magistratura

Azərbaycan     İngilis     Rus      Türk

MBA Proqramı

Azərbaycan    İngilis     Rus 

21412 3
ƏN ÇOX SORUŞULAN SUALLAR

I. Tələbə biletimi necə əldə edə bilərəm?

UNEC-ə qəbul olunanlara tələbə biletləri dərs başlanan gün – sentyabrın 15-də fakültə nümayəndələri tərəfindən verilir.

Niyə UNEC?

6

  • Bakıda 4,  Zaqatala şəhərində 1 təhsil binası
  • Rusiya Federasiyasının Dərbənd şəhərində filial

72

mübadilə proqramları

25

ölkədən olan xarici tələbələr təhsil alırlar

92

Xarici universitetlə ikitərəfli əməkdaşlıq müqavilələri

 

II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 75%-i UNEC-i seçmişdir

 

II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63%-nin seçimi UNEC-dir

Qəbul trayektoriyası

Necə qəbul olmalı?
*

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin qəbulu  elektron formada həyata keçirilir. UNEC-də təhsil almaq istəyən hər bir əcnəbi vətəndaşlığı olan şəxslər tələb olunan sənədləri portal.edu.az internet səhifəsində fərdi kabinet vasitəsilə təqdim etməlidirlər.

Sənədlərin qəbulu Bakalavr, Magistratura və Doktorantura pillələrinə uyğun  tələb olunan sənədlər əsasında aparılır.

Əcnəbi vətəndaşlığı olan şəxslər təhsil almaq istədikləri təhsil pilləsini seçərək fərdi kabinetlərinə tələb olunan sənədləri daxil edərək müraciət edə bilərlər.

Qəbul prosesinin növbəti mərhələsində, ümumi qəbul qaydalarına əsasən bütün beynəlxalq müraciətçilərin  sənədləri yoxlanılır və sənədləri qaydasındadırsa, növbəti mərhələdə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul haqqında Sizə dəvət  məktub göndəriləcəkdir.

BİZİMLƏ ƏLAQƏ