Şöbə müdiri: Rəna Şikar qızı Hüseynova 

Ünvan:  Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 105)
Telefon: +(994) 12 492-57-31
e-mail: tedgigatmerkezleri@unec.edu.az

2100 3

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) struktur bölməsi kimi Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin (EFTİED) tərkibində fəaliyyət göstərib. Şöbə EFTİED direktorunun təqdimatı və UNEC Rektorunun 828/3/2018 №-li əmri ilə yaradılıb.

UNEC-in tədqiqat universitetinə çevrilməsində tədqiqat mərkəzləri və laboratoriyaların rolunu nəzərə alaraq, aparılan tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi 15.09.2020-ci il tarixdən həmin departamentin tərkibindən çıxarılaraq müstəqil struktur bölmə kimi müəyyən edilmişdir.

UNEC-də fəaliyyət göstərən tədqiqat mərkəz və laboratoriyaların işinə nəzarət Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinə tapşırılmışdır.

 

 ŞÖBƏNİN ƏSAS MƏQSƏDİ:

  • Universitetdə tədqiqat mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi və təşkili;
  • Universitetdə aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin artırılması və professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin yüksəldilməsi;
  • Dünyanın bir sıra universitetlərinin müvafiq təşkilatları ilə elmi əməkdaşlığı genişləndirmək, müasir elmi təcrübələrin universitetdə tətbiqinə nail olmaq;
  • Təhsil alan gənclərin tədqiqat mərkəzlərinə cəlb edilməsi;
  • Tədqiqat mərkəzlərinin apardığı elmi-tədqiqat işlərinin nəticələrinin beynəlxalq səviyyəli jurnallarda çap olunma intensivliyinin və sayının artırılması.

*

UNEC ELMİ-TƏDQİQAT MƏRKƏZLƏRİ

UNEC tədqiqat mərkəzlərinin AKADEMİK PROFİLLƏRİ

image7878image1010image8888semmimage77image2108122021image777image23image888image888image333imagebu1818image222image333imageimage888image333image222hasraddin399b7d71de3d044ModaMehebbet xMustafa A.image888image222Energiimage30ETM_seminarmuzakireler_131120IMG-20201219-WA0218seminar26islamge

ŞÖBƏNİN ƏSAS VƏZİFƏLƏRİ:

  • Universitetdə yaradılan tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi, təşkili və onların fəaliyyətinin dəstəklənməsi;
  • Elmi-tədqiqat işlərinin təşkili və aparılması təcrübəsini öyrənmək, Respublikanın və xarici dövlətlərin elmi-tədqiqat müəssisələri ilə əlaqə yaratmaq və elmi mübadilələri həyata keçirmək;
  • Respublikanın və xarici ölkələrin universitetlərində fəaliyyət göstərən tədqiqat mərkəzləri ilə birgə elmi-tədqiqat işlərinin aparılması proqramlarında, qrant və layihələrdə iştirak etmək;
  • Tədqiqat mərkəzlərinin rəhbərlərini mütəmadi olaraq universitet rəhbərliyi tərəfindən qəbul edilən qərar və verilən göstərişlərlə məlumatlandırmaq;
  • Professor-müəllim heyətini planlaşdırılan elmi tədbirlər haqqında məlumatlarla tanış etmək və əməkdaşların bu elmi tədbirlərdə iştirakını təşkil etmək;
  • Tədqiqat mərkəzlərinin elmi istiqamətlərinin və adlarının dəyişdirilməsi, yeni elmi-tədqiqat mərkəzlərinin (laboratoriyalarının) yaradılması və ləğv edilməsi, yeni rəhbərlərin və Mərkəz üzvlərinin təyinatı barədə təklifləri toplamaq və universitet rəhbərliyinə təqdim etmək.

 

   HESABATLAR: 

  1. 2021-ci ilin I yarımilliyi üzrə UNEC Tədqiqat Mərkəzlərinin Fəaliyyət Planlarının icrası ilə bağlı hesabat:
    https://online.fliphtml5.com/aqktv/yapb/

 

  1. 2021-ci ilin II yarımilliyi üzrə UNEC Tədqiqat Mərkəzlərinin Fəaliyyət Planlarının icrası ilə bağlı hesabat:
    https://online.fliphtml5.com/aqktv/frvn/

*

Şöbənin əməkdaşları:

– Hüseynova Rəna Şikar qızı – şöbə müdiri;

– Cəfərova Natavan Rasim qızı – baş mütəxəssis;

– İsmayılova Mələk Fazil qızı – mütəxəssis.
*

image555image1212image777image_shahlarposter55image2020semmmimage (2)image (1)imageimage6666image1212image2000image44444poster_05.05.Poster_seminar 01.05.ulllseminarposter08seminarCovid-19 pandemiyasının İÖT ölkələrin iqt.təsiriKoqnitivSEminarkonfrans_-multikulturalizm_220121imageimagepppposter1Üz qabığı_2

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin tədbirləri

Tədqiqat Mərkəzlərinin 2021-ci il  II yarımil üzrə HESABATI

 

WordPress SEO - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli - perabet.info - eskort - deneme bonusu