UNEC Katibi

katiblik@unec.edu.az

https://www.facebook.com/uneckatibliyi

 

4551 3

Katblik haqqında 

UNEC-də idarəetməni təkmilləşdirmək və səmərəliliyi artırmaq məqsədi ilə 30 sentyabr 2016-cı il tarixində Elmi Şura tərəfindən Katibliyin yaradılması barədə qərar verilmişdir.

UNEC-də Katiblik təşkil edilərkən beynəlxalq təcrübədə olduğu kimi Katibliyin aşağıdakı kimi qurulması nəzərdə tutulmuşdur.

1.UNEC Katibliyi

2.Fakültə (məktəb, mərkəz) Katibliyi

3.Kafedra (departament) Katibliyi

UNEC Katibliyi UNEC-in cari və inzibati fəaliyyəti üzərində rəhbərliyi və koordinasiyanı həyata keçirən struktur bölməsidir.

Fakültə (məktəb, mərkəz) Katibliyi fakültənin cari və inzibati fəaliyyəti üzərində rəhbərliyi və koordinasiyanı həyata keçirir.

Kafedra (departament) Katibliyi kafedranın cari və inzibati fəaliyyəti üzərində rəhbərliyi və koordinasiyanı həyata keçirir.

UNEC Katibliyinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

UNEC-də cari və inzibati idarəetmənin səmərəli, keyfiyyətli və operativ şəkildə həyata keçirilməsini təmin etmək;

UNEC-də cari və inzibati idarəetmənin keyfiyyətinin yüksəldilməsi məqsədilə fasiləsiz tədbirlər görmək;

UNEC-də cari və  inzibati idarəetmə ilə bağlı riskləri qiymətləndirmək və onların idarə edilməsinə dair UNEC Rektoruna vaxtaşırı təkliflər vermək.

Fəaliyyət istiqamətlərinə uyğun olaraq UNEC Katibliyi 3 əsas vəzifəni icra edir.

1. UNEC Rektorunun aparatı vəzifəsini icra etməklə rektorun səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün bilavasitə, yaxud UNEC-in strukturlarını cəlb etməklə müvafiq tədbirlər görür.

2. Bilavasitə UNEC rektoruna tabe olan struktur bölmələrinin fəaliyyətini koordinasiya edir.

3. Fakültə (məktəb/mərkəz) katibliklərinin fəaliyyətinə nəzarət edir.

UNEC Katibliyi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə UNEC Rektoruna tabedir və onun qarşısında cavabdehlik daşıyır.

*

Hal-hazırda UNEC-in 12 fakültəsində (məktəb, mərkəz) və Zaqatala İqtisad məktəbində Katiblik fəaliyyət göstərir.

1.Maliyyə və mühasibat fakültəsinin Katibliyi (2017)

2.İqtisadiyyat fakültəsinin Katibliyi (2017)

3.Biznes və menecment fakültəsinin Katibliyi (2017)

4.Türk Dünyası İqtisad fakültəsinin Katibliyi (2018)

5.Beynəlxalq Magistratura və Doktorantura mərkəzinin Katibliyi (2018)

6.Zaqatala İqtisad məktəbnin Katibliyi (2020)

7.Beynəlxalq İqtisadiyyat məktəbinin Katibliyi (2020)

8.Distant, Qiyabi və Əlavə təhsil mərkəzinin Katibliyi (2020)

9.Rus İqtisad məktəbinin Katibliyi (2020)

10.UNEC Biznes məktəbinin Katibliyi (2020)

11.UNEC Dizayn məktəbinin Katibliyi (2020)

12.Rəqəmsal İqtisadiyyat fakültəsinin Katibliyi (2020)

13.Mühəndislik fakültəsinin Katibliyi (2020)

UNEC Katibliyinin qarşısında UNEC 100 strategiyasına uyğun olaraq önəmli vəzifələr dayanır. Məqsədimiz daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaqdır. Bunun üçün 2030-cu ilə qədər UNEC-də insan resursları və informasiya resurslarının idarəedilməsində səmərəliliyin davamlı yüksəldilməsi, həmçinin idarəetmə strukturunun optimallaşdırılması nəzərdə tutulur. Bundan əlavə inzibati idarəetmə strukturlarının funksionallıq əsasında formalaşdırılması prosesinin tamamlanması, UNEC-də İdarəetmənin İnformasiya Sisteminin qurulması, elektron xidmətlərin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsi, mobil tətbiqlərin dəstəklənməsi, onlayn xidmətlərin çoxaldılması, informasiya resurslarının idarəedilməsində səmərəliliyin yüksəldilməsi strateji fəaliyyət istiqamələri kimi müəyyən edilmişdir.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser