Mərkəzin direktoru: Şahbazlı Mübariz Cabbar oğlu

375 1

****

ÜMUMİ MƏLUMAT

Biznes mərkəzi UNEC-in innovasiya strukturunun bir hissəsi olub, universitetin intellektual potensialının tətbiqi istifadəsi üzrə effektivliyinin artırılması, həmçinin professor-müəllim və tələbə-magistr kollektivinin əqli fəaliyyətinin kommersiyalaşması məqsədi ilə yaradılmış bir bölməsidir.

Biznes mərkəzi tələbələrin və universitet işçilərinin iştirakı ilə Biznes Mərkəzinin, o cümlədən UNEC-in struktur bölmələri üzrə onların fəaliyyətinin koordinasiyası və təşkilini hayata keçirir, tələbələr (magistrlar) arasında işgüzar mədəniyyətin və biznes etikasının inkişafına yardım edir, sahibkarlıq fəaliyyətinin effektivliyinin və tələbələrin hazırlıq keyfiyyətinin artırılması üçün universitetin iqtisadi, kadr və innovasiya potensialını birləşdirir.

 

BİZNES MƏRKƏZİNİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏD VƏ İSTİQAMƏTLƏRİ

-Universitet işçiləri və tələbələrinin aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunması;
– Biznes mərkəzi xidmətləri üçün bazar təklifi və tələbatı üzrə təhlillər aparılması;
– Tələbələrə sahibkarlıq fəaliyyətinin öyrədilməsinə yardım edilməsi;
– Müvəqqəti yaradıcılıq üzrə müəyyən kollektivlərin təşkili və onlar tərəfindən müstəqil fəaliyyətin aparılması üçün şəraitin yaradılmasıdır.

 

“UNEC STARTUP INCUBATOR” HAQQINDA MƏLUMAT“UNEC Startup Incubator” 2022-ci il avqust ayının 15-dən İsrail təcrübəsi ilə yenidən təşkil olunaraq startupların inkişafı istiqamətində kompleks tədbirlər vasitəsi ilə tələbə sahibkarlığına yeni nəfəs gətirir. Belə ki, inkubasiya mərkəzi olaraq bir sıra inkubasiya proqramları, yarışmalar, hakatonlar və sair silsilə startup təşəbbüsləri həyata keçirərək startup mədəniyyətini formalaşdırmağı hədəfləyir.

Fəaliyyət müddətində dünya üzrə lider olan İsrail ekosisteminin təcrübəsindən yararlanır, həmin ekosistemlə sıx əlaqələr quraraq inkubasiya proqramlarının idarəsi istiqamətində əməkdaşlıq edir. Eyni zamanda, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq edir və göstərdiyi dəstəkdən yararlanır.

O cümlədən, inkubasiya proqramlarımızda iştirak edən startuplara dəstək məqsədilə ölkənin qabaqcıl İT akademiya və kursları ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalanmış və memorandum çərçivəsində “UNEC Startup Incubator” startupların rəqəmsal məhsullarının inkişaf etdirilməsi istiqamətində davamlı şəkildə tərəfdaşlıq etməyə başlamışdır.

**

“BOOTSTART” PROQRAMI HAQQINDA

“UNEC Startup Incubator” ilk olaraq “BootSTART” adlı 6 həftəlik intensiv startup yetişdirmə proqramının tərtibatına başladı. Proqrama müraciət edən 67 fərdi müraciətdən 24-ü seçilərək 7 komanda quruldu və 20 komanda müraciətindən 8 komanda proqrama seçildi. Ümumilikdə, seçilmiş 15 komanda oktyabr ayının 28-dən etibarən proqram çərçivəsində İsrail ekosisteminin peşəkar ekspertlərinin təlim və mentorluq sessiyalarında aktiv iştirak edərək proqram sonuna qədər ideya, biznes model və ilkin məhsul konseptlərini tərtib etmiş və proqram sonunda 16 dekabr tarixində keçirilmiş “Pitch Day” tədbirində öz startuplarını təqdim etmişdirlər. Proqramın sonunda “Pitch Day” tədbirində etdikləri təqdimatın peşəkar münsiflər tərəfindən dəyərləndirməsinə əsasən, ən yaxşı 6 startup komanda 2023-cü il yanvar ayının 15-də başlayan “Incubator+” proqramına vəsiqə qazandı.

*
“İNKUBATOR+” PROQRAMI HAQQINDA

 “BootSTART” proqramından seçilən startupların bazara ilkin hazır məhsul ilə daxil olub inkişaf etməsinə dəstək verən proqramdır. Proqram çərçivəsində startuplara aşağıdakı istiqamətlər üzrə dəstək verilir:

– Peşəkar məhsul sahibi və proqramçı mentor tərəfindən startupların fəaliyyətinin izlənilməsi;
– Ofis ilə təminat;
– Minimal 3000 AZN ilkin investisiya;
– “Hosting”, “developer”, eləcə də bir çox rəqəmsal alətlər və digər resurslarla təminat;
– İlkin hazır məhsulun sürətli şəkildə bazara çıxarılması mərhələsində lazımi mövzuları əhatə edən təlimlərin keçirilməsi

 

“UNEC STARTUP KUBOKU” HAQQINDA

2023-cü il may ayında keçirilməsi nəzərdə tutulmuş “UNEC Startup Kuboku”-da həm “Incubator+”, həm də hazır ilkin məhsula sahib kənardan müraciət etmiş komandalar iştirak edəcək.

Qalib olan komanda 25000 AZN məbləğində qrant mükafatı əldə edəcəkdir.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno